Mobil şəbəkə operatorları adından dələduzluq edilir - XƏBƏRDARLIQ
Son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından zənglər edilərək dələduzluq həyata keçirilir.
Adalet.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Belə ki, mobil internet sürətinin artırılması və 5G texnologiyasına keçidlə bağlı vədlər verilərək Votsap tətbiqi üzərindən müəyyən təlimatlar göndərilir.
Təlimatlarda vətəndaşlardan telefonun tənzimləmələrində "naməlum mənbələrdən olan tətbiqlərin quraşdırılmasına" icazə verilməsi və daha sonra göndərilən zərərli faylın quraşdırılması tələb olunur.
Təlimatlara əməl etdikdən sonra telefonun idarəetməsi tam şəkildə kiberdələduzların əlinə keçir. Nəticədə, bank kartlarında olan vəsaitlər və ayrılmış kredit xəttindəki maliyyə vəsaitləri digər hesablara köçürülərək mənimsənilir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, tanımadıqları nömrələrdən cihazın parametrinin dəyişməsi ilə bağlı təklifləri qəbul etməməyi, şübhəli keçidlərə daxil olaraq bilinməyən məzmunları yükləməməyi, rəsmi məlumatı aidiyyatı operatorun özündən dəqiqləşdirməyi, tövsiyə edir", - qurumdan bildirilib.
Digər Xəbərlər
04 Noyabr 2025 15:20
Tanımadığınız nömrələrdən gələn linkləri açmayın! - ETX-dan xəbərdarlıq
03 Noyabr 2025 21:00
"X" bir ayda Azərbaycandakı bazar payının 77 %-ni itirib
31 Oktyabr 2025 19:59
Bakcell-in meqa lotereyasında 4-cü qalib avtomobil qazandı!
29 Oktyabr 2025 16:48
“TikTok” bu il Azərbaycanda 900 minə yaxın videonu silib
25 Oktyabr 2025 14:15
Yeni “iPhone” dizaynları təqdim ediləcək
24 Oktyabr 2025 18:04
“Bakcell” lotereyasında 3-cü avtomobilin qalibi bəlli oldu - Növbəti sən ola bilərsən!
22 Oktyabr 2025 12:13
Böyük an yaxınlaşır! Bu gün bir nəfər lüks avtomobil qazanacaq
20 Oktyabr 2025 16:22


Bakı -°C

