MM-in yaz sessiyasının ilk komitə iclası başlayır
Milli Məclisin 2026-cı il yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək.
Adalet.az xəbər verir ki, parlamentin yaz sessiyası Regional məsələlər komitəsinin iclası ilə başlayacaq.
Komitə iclasının gündəliyinə 2025-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat və yaz sessiyası üçün iş planının layihəsi daxil edilib.
Xatırladaq ki, Milli Məclisin deputatlarının tətil müddəti yanvarın 15-də başa çatacaq.
Parlamentin Daxili Nizamnamənin birinci maddəsinə (Milli Məclisin fəaliyyətinin əsasları) əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Bu dövrdə deputatlar məzuniyyətdə sayılırlar.
Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Cari il fevralın 1-i bazar gününə təsadüf etdiyindən parlamentin yaz sessiyası ayın 2-dən başlayacaq.
Digər Xəbərlər
12 Yanvar 2026 10:07
ABŞ niyə İranın parçalanmasını istəməz?
10 Yanvar 2026 23:01
Azərbaycanın “yaşıl enerji” yolunda mühüm addımı
10 Yanvar 2026 16:48
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
10 Yanvar 2026 13:07
Azərbaycan regional təmiz enerji qovşağına çevrilir
10 Yanvar 2026 09:57
Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi
09 Yanvar 2026 16:16
Prezidentdən Anar İsgəndərovla bağlı SƏRƏNCAM
09 Yanvar 2026 11:47
“İrandakı rejimin budəfəki etirazları da zor gücünə yatırtması ehtimalı var...”
09 Yanvar 2026 08:31


Bakı -°C

