adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Sentyabr 2014 14:36
10949
GÜNDƏM

Mız qoymasaq ürəyimiz partlayar

Xristian ölkələrində, eləcə də müsəlman ölkəsi olanqardaş Türkiyədə din xadimlərinin müvafiq geyimləri var. Yəni insanlar onları görən kimi geyimindən dinxadimləri olduğunu bilirlər və təbii ki, hörmətlə yanaşırlar, yol verirlər,salamlaşmağı da bir şərəf bilirlər.

Niyə müsəlman ölkələri arasında təkcə Türkiyənin adınıçəkdim? Çünki digər müsəlman ölkələri haqqında bu barədə bilgim zəifdir.

İndi Azərbaycanda da bunu tətbiq etməyə çalışırlar,daha doğrusu, tətbiq etməyə başlayıblar. Və müzakirələri izləyirəm, görürəm ki,hamı mız qoyur.

Hər halda bu alqışlanmalıdır. Təbii ki, geyim dəQafqaz Müsəlmanları İdarəsi və digər aidi təşkilatlarla birgə yüz ölçüb birbiçilib tikilməlidir.