Misirdə 78 uşaq həbs edilib
Misirin İsgəndəriyyə şəhərinin məhkəməsi 16 yaşından aşağı 78 uşağı 2 ildən 5 ilədək həbs cəzasına məhkum edib.
Adalet.az-ın "Anadolu” agentliyinə istinadən xəbərinə görə, bu barədə uşaqların vəkili Əhməd əl-Gamri bildirib.
Uşaqlar ''Müsəlman Qardaşları" (İhvan)Təşkilatınaüzv olmaq, nümayiş təşkil etmək və silah saxlamaqda günahlandırılıblar.