Misir Azərbaycana minatəmizləmədə dəstək göstərə bilər
Misir tərəfindən Azərbaycana mina təhlükəsi ilə mübarizə istiqamətində dəstək göstərilməsi imkanları müzakirə edilib.
Adalet.az xəbər verir ki, bununla bağlı Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovla Misirin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda arasındakı görüşdə müzakirə aparılıb.
Görüşdə Agentliyin qarşısında duran vəzifə və hədəflər, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı sursatlarla çirklənmə miqyası, həmçinin Böyük Qayıdış proqramı çərçivəsində icra edilən humanitar minatəmizləmə fəaliyyətinə dair görülən işlər barədə səfirə ətraflı məlumat verilib.
Görüş zamanı mina təhlükəsi ilə mübarizə istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq və təcrübə mübadiləsi, o cümlədən həmin ölkə tərəfindən bu sahədə dəstək göstərilməsi imkanları müzakirə edilib.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

