adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Iyul 2016 12:46
100445
MÜSAHİBƏ

Mirzəcan Xəlilov: “İşimizi də günün tələbləri səviyyəsində qururuq”

Mandat. O,hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan.Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını,onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçkikeçirildi. Bu seçkilərdə mandat qazanandeputatlar qarşıdakı müddət ərzində görəcəyi işlərdən danışır…

Rubrikamızdaseçici-deputat münasibətlərinin hansı səviyyədə olduğunu öyrənməyə çalışacağıq. Beləliklə, rubrikamızın bugünkü qonağı 41saylı Sumqayıt birinci seçki dairəsinin deputatı Mirzəcan Xəlilovdur.


-Mirzəcan müəllim, seçkidə qələbəqazanaraq mandat əldə etdiniz. Qarşıdakı müddət ərzində hansı işlərin görülməsisizin üçün prioritetdir?

-Seçkidənmüəyyən müddət keçib. Bu müddət ərzində seçicilərimi və seçildiyim dairənin,ümumilikdə Sumqayıt şəhərinin problemlərini hər zaman diqqətdə saxlamışam və buproblemlər barədə Milli Məclisdə məsələ qaldırmışam. Bundan sonra daseçicilərimi və ümumilikdə Sumqayıt şəhərində olan, eyni zaman daməmləkətimizdə baş verən hadisələrə biganə qalmayacam və bu haqda özfikirlərimi deyəcəm! Bildiyimiz kimi bu gün ölkəmizdə fəaliyyət göstərənpartiyalar arasında ən böyük partiya mənim də təmsil olunduğum, Ulu öndərimiz,ÜMUMMİLLİ LİDERİMİZ Heydər Əliyevin qurucusu olduğu və cənab prezident İlhamƏliyev cənablarının sədri olduğu Yeni Azərbaycan Partiyasıdır. Partiyamız MilliMəclisdə çoxluq təşkil edir. Xalqımızın da partiyamıza, partiyamızınliderinə-cənab prezidentimizə inamı və güvənci sonsuzdur. Bu baxımdan dapartiyamızın da mövqeyini qorumaq bizlərə düşər. Həm Millət vəkili kimi, həm dəpartiyanın üzvi kimi.


-Deputatın əsas missiyası mandatını qazandığı seçicilərin problemlərininhəllidir. Maraqlıdır, Mirzəcan Xəlilovun seçicilərinin nə kimi problemləri varvə bunların həlli üçün hansı addımlar atılır?

-Düz qeydetdiniz. Amma unutmayaq ki, deputatın vəzifəsi tək problemlərin həllindəvasitəçi olmaq deyil. Milli Məclis qanunverici orqandır. Qanunların qəbulu və qanunlayihələrinin hazırlanması da deputatların vəzifə səlahiyyətlərinə daxildir. Bildiyinizkimi bu gün Sumqayıtda su, qaz və işıq kimi, eləcə də yol çəkilişi problemləriyaşanmır. Kapitalizm quruluşuna keçid etdiyimiz üçün müəyyən qədər iş problemivar. Seçicilərimizi də narahat edən budur. Hörmətli Zakir müəllimin (SumqayıtŞəhər İH-nin başçısı) də bu yöndə məqsədli fəaliyyəti nəzərə çarpandır.Bildiyimiz kimi cənab prezidentin Sumqayıtda yeni iş yerlərinin açılması və köhnə, fəaliyyəti dayandırılmış zavodların fəaliyyətinibərpa eləmək üçün tapşırıqları var. Sumqayıtda da bu yöndə işlər aparılır. Yenizavodun tikintisi də nəzərdə tutulub. Bundan başqa da dəfələrlə çıxışlarındaqeyd edib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün münbitşərait yaradılır. Dövlətin vergisini ödə, işini qur və fəaliyyətini davamelətdir. Bu istiqamətində də işlər aparılır. Özəl sektora diqqət olduğu üçün iş adamlarının da bir növ boynuna düşür ki,yeni iş yerlərinin açılmasında dövlətimizə yardımçı olsun.


-Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsininüzvüsünüz. Komitənin fəaliyyəti barəsində nə deyə bilərsiniz?

-Adındangöründüyü kimi komitəni əhatə edən sahələr üzrə yeni qanun layihələriişləyirik. Əvvəldən hazırlanmış qanun layihələrində hər hansı bir düzəlişləehtiyac duyularsa, bunu da müzakirə edib MM plenar iclasına tövsiyə edirik.Bundan başqa, bu sahədə olan problemlərin həlli istiqamətində də hökumətəmüəyyən tapşırıq və tövsiyələrimiz olur. Bildiyiniz kimi Milli Məclisdə dəseçicilərimizi qəbul edirik. Komitənin iclaslarında vaxtaşırı iştirak edirik.


-Millət vəkili kimi KİV-lərə açıqdeyilsiniz. Bu nə ilə əlaqədardır?


-Bu sualla razılaşmıram. Mən bir millət vəkili kimi hər zaman jurnalistlərlətəmasda olmuşam. Müsahibələr və açıqlamalar vermişəm. Sadəcə olaraqözünüreklamı sevmirəm. Bu mənim təbiətimə ziddir. Taleyüklü məsələlər və sahəməaid məsələlərə münasibət bildirirəm. Sadəcə işin çoxluğundan bəzənjurnalistlərlə görüşümüz gec olur.


-Azərbaycan Milli Məclisini regiondayeri və rolu barəsində nə deyə bilərsiniz?


-Azərbaycan Milli Məclisinin üzvləri beynəlxalq və regional təşkilatlardakifayət qədər fəallıq göstərirlər. Şərqi Avropa və Cənubi Qafqaz regionundakıproblemlər, həll olunmamış münaqişələrlə bağlı məsələlərdə Azərbaycanparlamentinin kifayət qədər prinsipial mövqeyi var. Biz bu problemləribeynəlxalq platformalarda qaldırır, onların həlli üçün müvafiq dəstəyi əldəetməyə çalışırıq. Eyni zamanda biz Qərbdəki sivil cəmiyyət, hüquqi dövlətmodelinin yaradılması üçün zəruri olan əksər qanunları ölkəmizə və regionumuzagətirmişik. Bir sıra qanunların qəbulunda demək olar ki, region parlamentləriniqabaqlamışıq. Azərbaycan parlamentinin ən effektiv əməkdaşlıq etdiyiparlamentlərdən biri də Türkiyə parlamentidir. Demək olar ki, bu iki ölkəninparlamentariləri beynəlxalq platformada bir çox məsələlərdə vahid mövqedənçıxış edirlər. Eyni şeyi Gürcüstan parlamenti barədə də demək olar. Məlummünaqişəyə görə, bizim Ermənistan parlamenti ilə heç bir əlaqəmiz yoxdur. ÇünkiErmənistan konstruktiv mövqe nümayiş etdirmir və Azərbaycanla münasibətləriyumşaltmaq istiqamətində heç bir addım atmır.


-Adətən Millət vəkilləri ilə İcraHakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə busarıdan nə kimi problemlər var?


-Şəxsən mənim elə bir problemim yoxdur. Normal və işgüzar münasibətlərimiz var.Həm şəhərimizin İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovla, həm dəölkədə fəaliyyət göstərən digər idarə və təşkilatların rəhbərlikləri ilə normalmünasibətim var. İşimizi də günün tələbləri səviyyəsində qururuq. Bundan sonrada elə işləyəcəyik ki, həm seçicilərimizin, həm dövlətimizin etimadını doğruldabilək.



Ədil Ədilzadə