adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Noyabr 2019 10:00
16529
GÜNDƏM

MİRZƏ CƏLİLLƏ BAĞLI BİR QALMAQALI DA BİZ YARADAQ

Mirzə Cəlilin nəticəsiPolşada tapıldı və ölkəyə dəvət edildi,ictimaiyyət tərəfindən də bu xoş qarşılandı. Amma bir az qalmaqal oldu – kim tapıb Mirzə Cəlilin nəticəsini?Əslində burda o qədərdə böyük səs-küyə səbəbolacaq məsələ yoxdu. Çünki hər ikitərəf haqlıdı. Akademik İsa Həbilbbəyli vaxtilə bu nəsli araşdırıb, müəyyən nəticələrəldə etmişdi. Vaxtilə deyəndə, hələ28 il bundan qabaq.

Amma bu nəslin davamçılarınıtapan, ünvanına gedib çıxan və müsahibəalan jurnalist Hafiz Əhmədov olub. Və sonradan İsa müəllim də Hafiz bəylə əlaqəsaxlayıb, ünvanı dəqiqləşdirib, yenidən bu məsələyə girişib və nəticədənəslin davamçılarını Bakıya dəvət edib.Və Hafiz bəyə də buna görə təşəkkürünübildirib.

Amma əslinə qalsa İsa müəllimdən də, Hafizdən də çox-çox əvvəl həmin nəsli 1988-ci ildə AzTV-nin «Dalğa»proqramı arayıb-axtarıb üzə çıxarmışdıvə bu barədə də maraqlı verilişgetmişdi efirə. Həmidə xanımın nəvəsi professor MinəDavatdarova həmin verilişdə nəslin fotoşəkillərini də göstərmişdi, Həmidə xanımın oğlu Ənvər haqqında da genişməlumat vermişdi. Müharibə illərindəniyə İrana gedib və orda Vanda adlı polyak bir qadınla evlənib, İrandan da Polşayaüz tutub. Amma bundan əvvəl Ənvar bəy Bakıda Məhin Dadipur adlı bir xanımlaevlənib və İrana da onunla gedib.Həmin xanım da İran inqilabçılarındanıymış. Və Ənvər bəyin həmin xanımla evlənib İrana getməsində yəqin ki,bir siyasət də vardı, çünki həmin vaxt İrandahadisələr başlamışdı və azərbaycanlıların inqilabıgözlənilirdi. Sonra 1943-cü ildə birinci xanımından ayrılıb polyak xanımla evlənibvə köçüb gedib Polşaya.

Və bu günAzərbaycana gələn nəticələr də Ənvər bəyin nəvələridi.

Bu məsələyə daha dəqiqaydınlığı İlqar Əlfioğlu da gətirə bilər,çünki həmin dövrdə «Dalğa»nın redaktorlarındanbiri idi.

Yəqin ki, biz bütünarxivlərimizə laqeyd olduğumuzkimi, «Dalğa»nın həmin verilişi dəlaqeydlik üzündən AzTV-ninarxivində çətin tapıla.

Qaldı onların Cavanşirsoyadını götürmələrinə, Cavanşir nəslinin İran şahlarına qohumluqlarıvar.

Onu da qeyd edək ki, Həmidə xanımınnəvəsi Minə Davatdarovanın adıbibisinin adıdı, o bibisinin ki intihar etmişdi və onunda nəsli indi Amerikada yaşayır.

Bu barədə Həmidə xanımın xatirələrində var.