adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
25 Oktyabr 2018 10:52
47916
LAYİHƏ

Mirzə Cəlil həyatındakı gizlinlərdən danışdı – YENİ LAYİHƏ


Adalet.az Ayxan Ayvazın təqdimatında "Klassiklərlə çağdaş söhbət”layihəsindən Mirzə Cəlillə müsahibəni təqdim edir.

- Mirzə, istəyirəm ondan başlayım ki, Rafiq Tağı sizin haqda bir yazıilə çıxış etmişdi və o yazıda qeyd sizi "ədəbi kollaborasionist” adlandırmışdı.Nə cavab verərdiniz bu ittihama?

- Rafiq Tağını tanımıram.Görünür, ittiham etməkdə tələsib. Mən millətin məzlum vəziyyətə düşməyindənyazmışam. Heç vədə onlara düşmənçilik etməmişəm. Görünən kəndə nə bələdçi?"Molla Nəsrəddin” jurnalı haqda yazıbmış ki, bu, natamamlıq kompleksininsəbəbindən ortaya çıxıb. Mən başa düşmürəm, axı bu Rafiq Tağı bununla nə deməkistəyir? Jurnal mənim başıma bəla olub, nə hədələr almışam bu üzdən. Mən nəyazmışam orda? Yazmışam ki, sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarımo kəsləri deyib gəlmişəm ki, söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndənqaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılınaqulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalarbuyurublar: sözünü o kəslərə de ki, sənə qulaq vermirlər. Bu həqiqət deyil?

- Saysız-hesabsız felyatonlar, məqalələr, əsərlər yazmısınız. Ammaməncə, sizin zirvəniz "Danabaş kəndinin əhvalatları”dır, bir də "Ölülər”...

- Tək siz yox, çoxları mənəbunu deyir. Mən bu əsərlərdə Azərbaycanın matəmgahını təsvir etmişəm. Əziləninsanların göz yaşlarını qələmə almışam.

- Mirzə, üzr istəyirəm, sözünüzü kəsdim. Amma bu məqamda bir sualortaya çıxdı. Həmid Herisçi iddia etmişdi ki, Mirzə Cəlilin "Ölülər” pyesibelçikalı yazıçı Moris Meterlinkin pyesindən köçürülmədir.

- Mən dediyiniz o tamaşaya Tiflisdəbaxmışam... Amma köçürmə deyil.

- Həmid ağa hesab edir ki, "Ölülər” Materlinkin "Müqəddəs İorgeninsüqutu” tamaşasının kopyasıdır...

- Qətiyyən! Mən öz xalqımındərdini yazmışam. Ola bilsin ki, təsirlənmə olub. Axı bizim hələ o zaman ədəbisütunlarımız yaranmamışdı. Rus dili sayəsində o biri ədəbiyyatlarla tanışolurduq. Mən də çox oxuyurdum və özüm üçün bir cığır açırdım. Heç vaxt"Ölülər”ə oğurluq deyilə bilməz. Bu, mənim ruhumdan süzülüb gəlib.

- Daha bir iddia var: "Molla Nəsrəddin” jurnalı Rusiyanın satirikjurnallarının iqtibası və tərcüməsidir”...

- Bilirsiniz, tənqid vacibdi,lazımlıdı. Amma daha böhtan, şər yox. Bəli, dediyim kimi mən Rusiya qəzet vəjurnallarını oxuyurdum, onlardan nəsə öyrənirdim. Amma oğurlamaq üçün yox, bumilləti necə işığa çıxarmaq üçün. Başqa nümunə yox idi əlimizdə. Bircə ruslarınjurnalları idi. Amma "Molla Nəsrəddin” özümüzündü, öz səsimizdi, orda xaric səstapa bilməzsiz. Dəxi də bundan başqa cavabım yoxdu.

- Mirzə, indiki zamanda cəmiyyət boşanmaya və ayrılığa faciə kimiyanaşır. Amma bildiyim qədəri ilə siz üç dəfə evlənmisiniz. Sonuncu Həmidəxanım olub...

- Bu haqda danışmaqistəmirəm. Şəxsi məsələləri özümə də danışmıram. Bu, mənim sirrimdir.

- Sirr? Axı bunu bilirik və burda qəbahət yoxdu...

- Bilirəm, adıma hər cürhədyanlar çıxır. İstəmirəm.

- Bilirsiniz, niyə soruşuram? Çünki sizi hərtərəfli görmək istəyirəm.Yalnız dərsliklərdə qalmağınızı istəmirəm. Bütün tərəfləriniz maraqlıdır. Axıdünya yazıçıları bu kimi şeyləri gizlətmirdilər...

- Mən axı qeyri-adi heç nəyaşamamışam. Hər şeyim ortadadır. Yazdıqlarıma baxsanız, məni yaxşı-yaxşıtanıyarsınız. Həyatımı bu xalqın maariflənməsi və mənəvi mənada dirilməsinəhəsr etmişəm. İndi də olsa edərəm. Və həmişə məşəli əlimdə daşımağa hazıram.Ola bilsin ki, bu tərəfim yox, o biri tərəfim insanlarımız üçün maraqlı olsun.Mirzə üç dəfə evlənib...

- Hətta bacınız Səkinə yazmışdı ki, qardaşım Cəlilin bütünevliliklərdə bəxti gətirib. Onun birinci və ikinci arvadları onu qəlbənsevirdilər. Ancaq qardaşım heç vaxt öz xoşbəxtliyinin qədrini bilməyib, buqadınları da bədbəxt edib.

- Yox! Razı deyiləm! Heç kimibədbəxt etmək fikrim olmayıb. Bədbəxt etməmişəm də. Sadəcə mənim bəxtimgətirməyib, deyək. Yaşadıqlarım və hiss etdiklərim o qadınlar üçün ağır yükolub.

- Bəs qızınız Münəvvəri quyuya atdığınızı deyirlər. Necə olub ohadisə?

- Atmadım! Az qalsınatacaqdım. Qızım Münəvvərin bir yaşı olardı, hələ Naxçıvanda yaşayırdım. O günbərk ağladı, mən çox ciddi bir işlə məşğul idim. Körpənin anası isə xəstə idi,yerdə yatırdı, uşağa baxan yox idi. Mən işimi buraxıb uşağı götürdüm, dayəlikeləməyə başladım. Neyləsəm də, ağlamaqdan çatlayan çağanı kiridə bilmirdim.Axırda o qədər bezdim və əsəbləşdim ki, uşağı canımı qurtarmaq üçün həyətdəkiquyuya tullamağa getdim. Yolda ya fikrimi dəyişdim, ya da kimsə getməyəqoymadı, orası yadımda deyil.

- Dəhşətdir...

- İnanırsınız, huşum özümdədeyildi... Çox çətin anlar yaşayırdım...

- Həyat yoldaşınızı – Həliməni itirdiniz... Və ikinci xanımınızlaqarşılaşdınız. Necə xatırlayırsınız o anı?

- Bir kərə otaqda oturmuşdum,kitab oxuyurdum. Qəflətən qapı açıldı, gənc və gözəl bir qadın otağa girdi. Mənözümü itirdim, o isə heç diksinmədi, adətən müsəlman arvadları belə hallardaözlərini itirdikləri halda o, sakitcə mənə baxdı, qürur və təkəbbürlə otaqdankeçib o biri qapıdan çıxdı. Onun görünüşü mənə yuxu kimi gəlirdi. Duruşubeynimdə həmişəlik əks saldı.

- Deyilənə görə, həmin xanımın adı Nazlı imiş və Məmmədqulu bəyKəngərlinin bacısı imiş.

- Elədi.

- Siz onunla toy etdiniz, o da bacınız Səkinəylə...

- Hə, elə oldu... İki toybirdən oldu.

- Bəs nə oldu ki, Məmmədqulu bəy bacınızı ata evinə göndərdi?

- O bizim ailəmizinməsələsidir.

- Bir il sonra boşandılar, hə?

- Təəssüf ki... Yazıq Səkinə.Gəlmişdi bizə, ağladı-ağladı, sonra da yıxılıb yatdı.

- Faciələr ard-arda gəldi. Yoldaşınız Nazlı ruhi xəstəxanada vəfatetdi, Məmmədqulu bəyi də vurdular.

- Hə... (kədərlənir) Lənətolsun, qan davasına. Nazlı çox sevirdi məni, qısqanırdı, durduq yerəəsəbiləşirdi. Vaxtından əvvəl uşaq doğdu, ondan sonra halı xarablaşdı...(danışa bilmir, göz yaşları sözlərinə mane olur – A.A)

- Mirzə, sizlə Həmidə xanım bu məqamda rastlaşdınız. Hər ikiniztutunacaq bir budaq axtarışında idiniz. Həmidə xanım iki uşaqla dul qalmışdı,qardaşı da özünü qatarın altına atmışdı. Sizin də halınız belə...

- Həmidə mənim ən çətinzamanımda gəldi. Yaxşı ki də gəldi. O, çox güclü qadın idi. Zirək, savadlı,namuslu, sevgisinə sadiq. Biz bir-birimizə həyan olduq. Qaranlıqlarda əlhavasına tapdıq bir-birimizi və zirzəmidə qalmış ömrümüzü gün işığına çıxardıq.

- Sizin bir qulluqçu xanımla münasibət qurduğunuz da söylənilir.

- Elə deyil. Bunlarböhtandır. Mən sadəcə o qızın dişini düzəltdirmək üçün Tiflisə aparmaqistəmişdim. Müsəlman camaatı belədir də... Yalandan adamın üstünə qara yaxmaqistəyir. Düzü, Həmidə xanımı az qala inandırmışdılar. Yazıq nə hallara düşdü.

- Birinci ərindən olan qızı da intihar etdi, oğlunu da müharibədəitirdi. Təsəlli ola bilirdiniz ona?

- Olurdum, desəm yalan olar.Hər halda insan yarasını bağlamaq elə asan deyil. Yanında olmağa çalışırdım.Göz yaşlarına ortaq olurdum. Amma nə çarə? Üzü gülsə də, içində fırtınalarəsdiyindən xəbərdar idim. Ona baxanda tikə-tikə olurdum. Çox əzab çəkirdi...

- Sizin qızın da taleyi yaxşı olmadı... Quyuya atmaq istəyib dəfikrindən daşındığınız Münəvvəri deyirəm...

- Yazıq Münəvvər.

- Birinci dəfə konsulla evləndi, deyəsən. Onun toyuna getmədiniz.

Niyə?

- Nə bilim, istəmirdim. Razıdeyildim.

- İkinci dəfə Həmidə xanımın ilk nikahından olan oğlu ilə evləndi.Buna da razı deyildiniz...

- Qarşı idim bu evliliyə.Münəvvər də boşandı.

- Uşağı yox idi?

- Yox. Olmadı. Ana olabilmədi. Yazıq Səkinə! O da vərəmdən öldü.

- Faciələriniz böyükdü. Amma siz Azərbaycan ədəbiyyatı üçün də çoxböyük zirvəsiniz... Sizi unutmadıq...

- Kaş bizim xalq da irəligedəydi. Oğlum, hələ də düzəlməyiblər?

-...