adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Yanvar 2019 18:22
12214
ƏDƏBİYYAT

Mirzə Cəlil dünyaya çıxmalıdır... - SORĞU

Prezidentin sərəncamıilə 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı,dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının150 illiyi qeyd olunacaq. Mirzə Cəlilin Azərbaycan ədəbiyyatında yeri nədir?Onu dünyada tanıtmaq üçün nələr etməliyik? Yubileyi ilə bağlı nə təkliflərinizvar?



Yazıçı Səfər Alışarlı:"Mirzə CəliliAzərbaycan mədəniyyəti və ictimai fikri rus ədəbiyyatının köməyilə doğub.XIX-XX əsrlərdə bu xalqa onun qədər bələd olan, bu xalqın ağrı-acısına onunqədər yanan cəmi bir-iki dahi şəxsiyyətin adını çəkmək olar.

Keçən müsahibəmizdə demişdim:"Mənim fikrimcə, XX əsr Azərbaycan ədəbiyyatında roman janrını müasirdünya mədəniyyəti hadisəsinə çevirə biləcək yalnız bir yazıçı - CəlilMəmmədquluzadə vardı, Azərbaycan sovet hökuməti Baksovetlə birləşib onu acındanöldürdü və bu, neft paytaxtının ortasında boş dəstərxanla qətl hadisəsi, ondansonra gələnlərə böyük yaşam dərsi oldu".

İndi bu böyük ədibin yubileyimüstəqil Azərbaycan dövləti səviyyəsində qeyd edilir. Onun əsərlərinin Avropadillərinə tərcüməsi təşkil edilməlidir. Mirzə Cəlilə və onun yaratdığı Danabaşkəndinin personajlarına Bakının mərkəzində abidələr yapılmalıdır. Mirzə Cəliladına nəsrimiz üçün ən ali mükafat təsis edilməlidir.”



Jurnalist, Filologiya elmləri doktoru Qulu Məhərrəmli:"Mirzə Cəlil Azərbaycan ədəbiyyatınınnadir simalarından biridir, təkcə böyük yazıçı, dramaturq və publisist deyil, həmdə milli ədəbiyyatımızın vicdanıdır. Əsərlərində yaratdığı situasiya vəxarakrerlərlə naqislikləri tənqid etmiş, ilk növdədə nadanlığa və mövhumatameydan oxumuş Cəlil Məmmədquluzadə milli tərəqqinin yolunu da göstərmişdir. Çardövründə "Ölülər”, sovet dönəmində "Dəlilər” kimi olməz əsərlər yaratmış yazıçı"Molla Nəsrəddin” jurnalı ilə də əbədiyyət qazanmışdır. Buna görə də onunanadan olmasının 150 illiyinin təntənə ilə qeyd qeyd edilməsi barədə sərəncam təqdirəlayiqdir.Bu addım həm də Mirzə Cəlili həm yeni nəslə, həm də dünya ədəbi ictimaiyyətinətanıtmaq üçün yaxşı bir fürsətdir. Hesab edirəm ki, bunun üçün YUNESKO-nunimkanlarından bəhrələnməliyik. M.Cəlilə yeni baxışı əks etdirən sənədli filminçəkilişi, Mirzə İbrahimovun onun haqqında yazdığı "Böyük demokrat” əsərinin, eləcədə Anarın bu düha haqqında yazdıqlarının yenidən və xarici dillərdə də çapıvacibdir. Təbii ki, Mirzə Cəlilin məşhur əsərlərinin tamaşaya qoyulması,seçilmiş əsərlərinin nəşri də faydalı olardı. Yəni bu nəhəng ədəbi simanınyubileyini yola verməklə yox, həqiqi bir sevgi ilə qeyd etmək vacibdir.”



Yazıçı Nəriman Əbdülrəhmanlı: "Mirzə Cəlil Azərbaycan ədəbiyyatının,həm də bütövlükdə mənəviyyatımızın sütunlarından biridir. Şübhəsiz ki, böyük ədibinyubileyinin keçirilməsi mədəniyyətimizin əlamətdar hadisələrindən sayılmalı,Mirzə Cəlilin irsinin daha dərindən öyrənilməsinə və layiqincə təbliğ edilməsinəxidmət göstərməlidir. Xüsusilə, Mirzə Cəlilin əsərlərinin xarici dillərə yüksəkpeşəkarlıqla tərcümə olunub nəşr edilməsi vacib məsələdir. Fikrimcə, bu böyük ədibhələ dünya ədəbiyyatının korifeyləri sırasında hələ öz layiqli yerini yetərincətutmayıb. Yəqin ki, yubileyin təşkilatçıları da təntənəli tədbirlərdən daha çoxbu məsələyə fikir verəcəklər.”



Yazar Səhər Əhməd: "Mirzə Cəlilin Azərbaycanədəbiyyatında rolu çox böyükdür, onun publisistikası da, dramaturgiyası da, nəsridə əvəzsizdir. Hər üç sahədə o dahidir, məsələn "Azərbaycan " və "Cumhuriyyət”məqalələrində publisist kimi, "Ölülər” tragikomediyasında dramaturq kimi, hekayəvə povestlərində nasir kimi əvəzolunmazdı.O ki qaldı dünyaya tanıtmağa, əgər onun təkrarsız üslubunu tərcümədə qorumaq vəkeçən əsrlərin şərq mövzularına qərbi maraqlandıra bilsək, nə gözəl.”