Mirşahin Qurban Qurbanovdan yazdı
Tanınmış jurnalist Mirşahin Ağayev “Qarabağ“ın UEFA Konfrans Liqasında mübarizəni dayandırması ilə bağlı paylaşım edib.
Adalet.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
“İstəməzdim ki, belə çıxsın: “Qurban Qurbanov köhnəlib; üslubuynan, adamlarıynan…” İstəməzdim ki, Qurban belə zənn edənlərlə barışsın; “bu gün göstərdi ki, Qurban Qurbanov dünəndi, “Sabah” deyil… Söz oyunu kimi görünsə də, söz oyunu deyil… …istəməzdim! Uduzma, təslim olma Qurban! Ayağa qalx!”, – deyə o bildirib.
Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” kollektivini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
Niderlandda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyi üçün görüşdə əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda vurduğu qollarla hesabı 4:1 edən “Tvente” mərhələ adlayıb, “Qarabağ” isə Avropa ilə vidalaşıb.
Digər Xəbərlər
28 Avqust 2026 09:21
İnfantino FIFA-nın aktivlərini əldə etmək istəyib? - UEFA məhkəməyə hazırlaşır
28 Avqust 2026 00:00
Qurban Qurbanov: "Hücum xəttində çatışmazlıqlarımız vardı"
27 Avqust 2026 23:50
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırdı
27 Avqust 2026 21:06
"Sabah"ın ÇL-nın əsas mərhələsindəki bütün rəqibləri bəlli oldu - YENİLƏNİB
27 Avqust 2026 19:00
Belçika millisi Bakıda növbəti qələbəsini qazandı
27 Avqust 2026 13:02
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
27 Avqust 2026 10:12
Bu gün püşkatmadır - “Sabah”ın rəqibləri bəlli olacaq
27 Avqust 2026 09:42


Bakı -°C

