DİN kirayəyə ev axtaran tələbələrə müraciət etdi
Daxili İşlər Nazirliyi tələbələrə dələduzluğa məruz qalmamaları ilə bağlı müraciət edib.
Bu barədə Adalet.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, yeni tədris ilinin başlamasına az müddət qaldığından paytaxtda və ölkənin müxtəlif bölgələrində təhsil alacaq tələbələrin kirayə mənzil axtarışı da artıb:
"Bu vəziyyətdən istifadə edən dələduzlar müxtəlif elan platformalarında saxta kirayə mənzil təklifləri yerləşdirərək vətəndaşları aldadırlar.
Belə hallarda dələduzlar adətən mənzilin münasib qiymətə kirayə verildiyini bildirir, evi "saxlamaq" adı ilə əvvəlcədən beh tələb edirlər. Vətəndaş pul vəsaitini göndərdikdən sonra isə elan sahibi ilə əlaqə yaratmaq mümkün olmur, telefon zənglərinə və mesajlara cavab verilmir.
Bir daha vətəndaşlara, xüsusilə tələbələrə çağırış edərək mənzili görmədən, elan sahibinin kimliyini və mənzilə dair məlumatları dəqiqləşdirmədən heç bir halda əvvəlcədən pul vəsaiti göndərilməsin.
Həmçinin bazar qiymətindən xeyli aşağı məbləğə təklif olunan mənzillərə, "təcili beh göndərin", "başqa müştəri gözləyir" kimi ifadələrlə vətəndaşı tələsdirən şəxslərə qarşı xüsusilə diqqətli olmaq tövsiyə olunur.
Belə hal ilə qarşılaşdıqda isə dərhal polisə məlumat verin".
Digər Xəbərlər
27 Avqust 2026 11:41
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
27 Avqust 2026 10:34
“Tələb dəyişdikcə şəhərin ictimai iaşə sektoru və ümumi siması da dəyişir”
27 Avqust 2026 10:32
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
26 Avqust 2026 17:22


Bakı -°C

