Mir Şahin Ağayev: “....danışmaq istəməyiblər”

ANS Şirkətlər Qrupununvitse-prezidenti, tanınmış telejurnalist Mir Şahin Ağayev nurçuluqda adlarlı çəkilənmillət vəkili Qənirə Paşayevanın və digər şəxslərin ANS-dən şikayətçi olmasınamünasibət bildirib.
Adalet.az xəbər verir ki, vitse-prezident M.AğayevPublika.Az-a açıqlamasında deyib ki, efirdə adları çəkilən şəxslərinhər birinə mövqe bildirmək üçün müraciət olunub: "Bu adamlar bu və ya digər səbəblərdənya danışıblar, ya da danışmaq istəməyiblər. Müxbir də bu məlumatın efirəonların bildirdiyi və bildirmədiyi mövqelərlə getməsini təmin edib. Buna görə dəkimlərinsə ANS-də hər hansı qərəz axtarmaq və güya məqsədli şəkildə bunuişıqlandırmasını düşünməyə heç bir əsas görmürəm. Jurnalist öz fəaliyyətiniyerinə yetirib. O ki, qaldı cəmiyyətdəmövcud olan bu və ya digər məsələnin aydınlaşmasına, adları çəkilən şəxslərinözləri maraqlı olmalıdır ki, onların barələrində yayılamış informasiyalaraaydınlıq gətirilsin. Əgər onlar bu məlumatların aydınlaşdırılmasında maraqlıolmadıqlarını bu və ya digər şəkildə göstərirlərsə, buna görə mətbuatıgünahlandırmaq doğru deyil”.
Digər Xəbərlər

Leyla Əliyeva növbəti abad həyətin açılışında - FOTOLAR

Prezident Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi - FOTOLAR

İlham Əliyev və Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət etdilər - FOTOLAR
