“MiQ-29 suyun üzərinə düşərkən parçalanıb” - Axtarışlar davam edir
"Hazırda pilotun axtarışları sürətlə davam etdirilir. Əvvəlki günlərlə müqayisədə bu gün hava şəraiti normaldır və axtarışlara mane olmur”
Adalet.az xəbər verir ki, bunu Azvision.az -a açıqlmasında MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qaynatası, tanınmış politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, hazırda axtarış yerində gəmilər, texnikalar və dalğıclar işləyir: "Təyyarənin yeri müəyyən edilib. Təyyarə suyun üzərinə düşərkən parçalanıb. Onun parçaları yığılır. Amma pilotu və təyyarənin "qara qutu"sunu tapa bilmirlər. Axtarışlar davam edir”.
Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib. Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.
Digər Xəbərlər
03 May 2024 11:15
Güllüdüzü kəndi necə Vardahovit oldu? - Ermənilərin "qədimliyini" puç edən detallar
03 May 2024 10:00Azərbaycan və Türkiyəni birləşdirən 3 may ideyaları: Türkçülük - Turançılıq
02 May 2024 23:34Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO
02 May 2024 15:58Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48