Mingəçevirdə özünü yandıran ata xəstəxanada öldü - Aprel döyüşlərinin iştirakçısı olub
Xəbər verdiyimiz kimi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında övladını xəstəxanaya gətirən şəhər sakini, MAXE kimi Aprel döyüşlərinin iştirakçısı olmuş İmamverdi İsmayılov orada üzləşdiyi biganə münasibətə və xəstəxana rəhbərliyinin yaratdığı özbaşınalığa etiraz əlaməti olaraq ötən gün özünü benzinlə yandırıb.
Hadisə nəticəsində ağır yanıq xəsarətləri almış İmamverdi İsmayılov bu gün təxminən saat 14:00 radələrində xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Qeyd edək ki, intihar etmiş İmamverdi İsmayılov Aprel döyüşlərinin iştirakçısı olub. Ordudan tərxis olunduqdan sonra isə Mingəçevir Qaz İstismar sahəsində işləyirdi.
Onu da xatırladaq ki, özünə qəsd etmiş İmamverdi İsmayılov övladının xəstəliyi ilə əlaqədar dəfələrlə Mingəçevir xəstəxanasına müraciətlər etsə də düzgün müayinə-müalicə aparmayıblar və onu sadəcə yola veriblər. Xəstəxana rəhbəri Könül Ələkbərovun yaratdığı "idarəetmə”dən cana yığılan İmamveridi intihar cəhdindən bir neçə saat əvvəl gecə saat 23:27-də özünün Feyzbuk səhifəsində Könül Ələkbərovun şəkilini qoymaqla kəskin etiraz xarakterli status da yazıb.
Həmin statusu təqdim edirik:
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02