Mingəçevirdə narkotik alverçisi tutulub
Mingəçevirdə polis külli miqdarda narkotiki satan şəxsi yaxalayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə Mingəçevir şəhəri ərazisində bir nəfərin narkotik vasitəni satacağı barədə məlumat daxil olub.
Dərhal Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu Kür çayının Mingəçevirdən keçən hissəsinin sahilində quraşdırılan yanalma körpüsünə yollanıb.
Əlində idman çantası ilə skamyalardan birinə yaxınlaşan, kimisə axtarırımış kimi ətrafa göz gəzdirən bir nəfərin hərəkətləri şübhə doğurduğundan o, polis əməkdaşkları tərəfindən saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilib.
Araşdırmalarla saxlanılan şəxsin Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Tariyel Abdulkərimov olduğu müəyyən edilib.
Üzərinə baxış keçirilərkən ona məxsus idman çantasından külli miqdarda marixuana aşkar edilərək götürülüb.
Ekspertiza həmin narkotik vasitənin ümumi çəkisi 4 kiloqram 600 qram qurudulmuş marixuana olması barədə rəy verib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri aparılır.
Digər Xəbərlər
03 May 2024 16:04
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06