Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib - ölən var

Mingəçevir şəhərində 7 yaşlı qız vanna otağında boğularaq ölüb, 10 yaşlı bacısı isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
"Report"un məlumatına görə, hadisə şəhərin Energetikər adlanan yaşayış massivində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü A.Şirinova 7 və 10 yaşlı qızlarını içərisi yarıya qədər suyla dolu vannada çimizdirən zaman anidən huşunu itirərək yıxılıb. Yaxınları vanna otağına daxil olan zaman qadının yerdə, 10 yaşlı uşağın isə vannada huşsuz vəziyyətdə olduğunu, 7 yaşlı qızın isə suyun içərisində boğulduğunu görüblər. Onlar yaxınları tərəfindən xəstəxanaya aparılıb. Lakin 7 yaşlı qızın öldüyü məlum olub.
Qadına həkimlər tərəfindən tibbi yardım göstərilib, daha sonra evə buraxılıb. On yaşlı qızın isə vəziyyəti qənaətbəxşdir, hazırda müalicəsi davam etdirilir.
Qeyd edək ki, onların vanna otağında dəm qazından zəhərləndiyi, qadın və uşaqlarının bu səbəbdən huşlarını itirdiyi, huşu özündə olmayan 7 yaşlı qızın isə suda boğulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
30 Oktyabr 2025 10:07 Kəlbəcərdə azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO
30 Oktyabr 2025 10:06 17 yaşlı Əfsanənin toyundan görüntülər - VİDEO
29 Oktyabr 2025 17:10 Azərbaycanda zəlzələ oldu
29 Oktyabr 2025 15:29 Bir yaşlı körpə su quyusuna düşərək öldü
29 Oktyabr 2025 14:16 17 yaşlı hamilə gəlinin ölüm səbəbi MƏLUM OLDU
29 Oktyabr 2025 11:00 17 yaşlı qız toy gecəsi öldü
27 Oktyabr 2025 09:11 "Ölüm var, Allah rəhmət eləsin, dahilər də ölür" - Qəza törədən "Range Rover" sürücüsü - VİDEO
27 Oktyabr 2025 08:48 

Bakı -°C 






