Minatəmizləmə Agentliyində maliyyə-idarəetmə pozuntuları aşkar edildi
Hesablama Palatası Minatəmizləmə Agentliyi üzrə 1 iyul 2022-ci ildən 1 sentyabr 2024-cü ilə qədərki dövrdə dövlət büdcəsi vəsaitlərinin və əmlakının idarə olunmasına dair uyğunluq auditi aparıb.
Adalet.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.
Sənədə əsasən, audit zamanı bir sıra maliyyə və idarəetmə pozuntuları müəyyən edilib.
Belə ki, Agentlik 2022–2024-cü illərdə ümumilikdə 122 min 798 hektar ərazini təmizləyib. Bu müddətdə 88 098 ədəd partlayıcı vasitə aşkarlanıb, onlardan 68 092-si partlamamış hərbi sursat, 11 145-i piyada əleyhinə, 8 861-i isə tank əleyhinə mina olub.
Bununla belə, audit zamanı müəyyən edilib ki, dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsinə baxmayaraq, yerli istehsalçılarla əməkdaşlıq imkanları tam reallaşdırılmayıb. Eyni zamanda əmək qanunvericiliyinin tələblərinə əməl olunmaması səbəbindən əvvəlki illərə aid istifadə edilməmiş məzuniyyət günlərinə görə 789 min manat kompensasiyanın işçilərə ödənilməsi təmin edilməyib.
Satınalma proseslərində də ciddi pozuntular aşkarlanıb. Satınalma komissiyalarının qeyri-qanuni tərkibi, planlaşdırma və icra zamanı qeyri-şəffaflıq, müsabiqəli deyil, bir mənbədən satınalmalara üstünlük verilməsi, real bazar qiymətləri ilə uyğun olmayan ehtimal qiymətlərlə alışların həyata keçirilməsi kimi hallar qeyd olunub. Bəzi hallarda isə məqbul təkliflər əsaslandırılmadan müsabiqədən kənarlaşdırılıb.
Audit həmçinin göstərib ki, bəzi müqavilələrdə təmizlənməsi nəzərdə tutulan ərazilər çirklənmə səviyyəsinə uyğun şərti bölünmələrlə müəyyən edilsə də, icra zamanı bu nisbətlərin pozulduğu, xüsusilə aşağı səviyyədə çirklənmiş sahələrin sayının süni şəkildə artırılması nəticəsində şirkətlərə tam məbləğdə ödəniş edildiyi müəyyən olunub.
Qurumun mülkiyyətində olan mexaniki minatəmizləmə vasitələrinin dövlət qeydiyyatına alınmaması, maliyyə uçotunun tam elektronlaşdırılmaması, bəzi aktivlərin uçota daxil edilməməsi də aşkar olunan digər nöqsanlar sırasındadır. Belə ki, dəyəri 410 min manat olan aktivlər maliyyə uçotunda əks olunmayıb və dövlət əmlakının dəyəri tam əks etdirilməyib.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

