adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Noyabr 2017 15:30
25876
ƏDƏBİYYAT

Min manat şirinlik almışam... – SORĞU

Yenikitabı çıxmış gənc yazıçıya qocaman yazıçı "şirinlik” verir: ya pul, ya dahədiyyə. Buharadasa ənənə halını alıb.

Yazıçıvə şairlərimiz kitaba görə şirinlik alıblarmı? Ya da əksinə, kiminsə yeni çıxankitabına şirinlik veriblərimi?

Adalet.azbubarədə sorğukeçirib. Cavabları təqdimedirik.


Nəriman Əbdülrəhmanlı: "Belə bir şeymumiyyətlə, mənimtəbiətiməziddi, özümü təhqirolunmuş sayıram.Məndən ötrüənməqbulyolkitamımı satışdanalmaqdı. Qırxillikyazı-pozuömrümdə ikidəfə beləbirfaktoluboxisrarlı olduqlarınagörə qəbuleləmişəm. Birdəfə opulunakambiryazıçınınkitabını çapahazırlamaq üçünsərfeləmişəm, birdəfə də dostları yığıbməclisdüzəltmişəm, məbləğində üstünü düzəltməliolmuşam. Ammabelə şeyə normalbaxanlardavar. Sadəcə olaraq, mən özümləbacarmıram.”



Yazıçı Şərif Ağayar:"Almışam da, vermişəm də və buna çox yaxşı baxıram.”










Şair ƏsədQaraqaplan: "Ustad Vaqif Bayatlı həmişə gənclərin kitablarınaşirinlik verib, görmüşəm. Mənə də bir çox kitabımda şəxsən özü çağırıb verib.Bir dəfə hətta elə maraqlı oldu ki. Gördüm ustad əlində bir dəstə pul tutub; hərmanatlıqdan bir dənə. Başqa da olub yəqin, fikirləşdikcə demək olar. İlkromanım "Halroman"ı Seymur Baycana hədiyyə edəndə götürmədi, dedişirinliksiz olmaz və sinvolik də olsa, şirinlik verdi, yadımdadı. Belə hallarolub əlbəttə. Şirinlik də verdiyim olub. Ama indi tam yadımda deyil hamısı...”





Yazar Hikmət Orhun: "Birinci kitabımçıxanda qohumum iyirmi manat vermişdi. O dövr hazırlıqlara təzə başlamışdım, gedib-gəlməkdənayaqqabımı dağıtmışdım. Yeni bir ayaqqabı aldım.”






Yazar Sevinc Elsevər: "Şirinlik verməmişəm heç bir yazar dostuma. Təqdimatına getmişəm, kitabınıalmışam. Özüm də heç kimdən şirinlik almamışam. Heç təklif edən də olmayıb

Bu ancaq bizim ölkəmizdə olabilər. Xaricdə belə şey soruşsan, mat qalarlar ki o nə deməkdi? Bilirəmyazıçılar var, qohum-əqrəbalarından, dostlarından şirinlik alırlar. Şirinliyinhesabına kitabın xərcini çıxarırlar. Mənim belə bir dəstəyim olmayıb. Elə kitabhəvəsində olan qohumlarım da yoxdu. Düzünü deyim, qohumlarım heç bilmir mənnə işlə məşğulam.



Şair Emin Piri: "Üzərimdə pul olanvaxta düşəndə dostların kitabını çox sayda alıb hədiyyə etmişəm. Misalçün, sonkərə maaş alan vaxtıma düşmüşdü, Ayxan Ayvazın 6 ədəd kitabını alıb ala bilməyənlərəhədiyyə etdim. Bəzənsə qonaqlıq vermişəm. Pulum olanda əlimdən gəldiyi qədər dəstəkolmağa çalışıram. Özümə gəldikdə isə "Sağ qalan varmı?!” kitabıma bir dostummin manat şirinlik verdi. Təbii ki, o pulu kitabın çapına verdim. Bəzənsəkitabı çox sayda alıb hədiyyə ediblər.”




Yazar Günel Natiq: "Nə şirinlik almışam, nə də şirinlik vermişəm. Çünkimən razı ola bilmərəm ki, kiminsə büdcəsinə az da olsa ziyan gəlsin. Öz kitabımüçün şirinlik verməyə gəlincə isə, səhv etmirəmsə, əlimdə olan pul-paranıkitabın nəşrinə ödəmişdim, satış da yaxşı təşkil olunmadı, odur ki, əlimdəqalan pullarla bir-iki nəfərə sadəcə kofe ala bilərdim.

O kiqaldı, başqasının yeni kitabına şirinlik vermək, borcumu mən həmin kitabhaqqında geniş və maraqlı radio proqramıyla ödəmişəm, hamının da ürəyincə olub,efir söhbəti bilirsiniz ki, çox şirin olur.

Yaxşıxatırlatdınız, növbəti kitabımın nəşrində bu haqda ətraflı düşünərəm. Şirinlikverməyə çalışaram, almağa gəldikdə isə, kitabımı alıb oxusunlar, bu yetərliolar.”