“Milli və əxlaqi dəyərlərimizin təbliğində milli kimliyin rolu” layihəsi sonuncu tədbirini keçirdi - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti İB “Milli və əxlaqi dəyərlərimizin təbliğində milli kimliyin rolu” layihəsi çərçivəsində sonuncu tədbirini 28.10.2022-ci il tarixində Zaqatala şəhərində yerləşən Zaqatala İslam Kollecinin tələbələri ilə hətaya keçirdi.
Adalet.az xəbər verir ki, tədbiri açıq elan edən Zaqatala İslam Kollecinin direktoru Anar Qurbanov tədbir iştirakçılarına layihə haqqında məlumat verdikdən sonra sözü layihə rəhbəri Eldəniz Salmanova verdi. Eldəniz Salmanov layihə haqqında ətraflı məlumat verdi. Layihənin zəruriliyi və gənc nəslin milli kimlik şüuruna yiyələnməsi istiqamətində belə layihələrin mütəmadi şəkildə keçirilməsinin əhəmiyyətindən bəhs etdi. Eldəniz Salmanov çıxışını bitirdikdən sonra söz mühazirəçi AMEA Tarix İnstitutu Şəki filialının əməkdaşı tarixçi alim Akif Məmmədliyə verildi. Akif Məmmədli gənclərimizə milli kimliyimizin tarixi və keçdiyi inkişaf yolu haqqında geniş məlumat verdi. O qeyd etdi ki, milli kimliyini qoruya bilməyən xalqlar zamanla assimlyasiyaya uğrayır və tarix səhnəsindən silinib yox olur. Məhz bu amilləri nəzərə alaraq milli kimliyimizə daha çox əhəmiyyət verməliyik. Layihə iştirakçılarına kitab, buklet, qovluq və dəftərxana materialları paylanıldı.
Tədbirin sonunda layihə rəhbəri kollec təhbərliyinə və bütün iştirakçılara öz təşəkkürünü bildirdi. QHT-lərə Dövlət Dəstəyi Agentliyinə layihə iştirakçıları və öz adından minnətdarlıq edərək belə layihələrin mütəmadi şəkildə keçirilməsinin zəruri olduğunu bildirdi.
Digər Xəbərlər
03 Aprel 2026 09:00
KƏLBƏCƏRƏ QAYITDIQ, CƏNNƏTİ GÖRDÜK
20 Mart 2026 09:00
SABİRABADI GÖZƏL GÖRDÜM, SEVİNDİM…
13 Mart 2026 09:00
DÜNYAYA TÖHFƏ VERMƏK HƏR ÖLKƏNİN İŞİ DEYİL
06 Mart 2026 09:00
İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ
27 Fevral 2026 09:00
AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR
20 Fevral 2026 09:00
ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17


Bakı -°C

