adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Iyul 2018 15:23
227540
GÜNDƏM

MİLLİ QƏHRƏMANIMIZ FRED ASİF ANILDI

Bugün II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin (Asif Yusif oğluMəhərrəmov) məzarı ziyarət edilib. Anım günündə Fred Asifin döyüş yoldaşları, yaxınlarıvə ailə üzvləri iştirak edibdir.

Tədbiriştirakçıları onun məzarı başında çıxış edərək qəhrəmanın keçdiyi şərəfli həyatından,,qəhrəmanın döyüş yolundan, onun ermənilərəqarşı apardığı mübarizədən, Milli Qəhrəmanla bağlı xatirələrdən söz açıblar.

Xatırladaqki, Fred Asif 1952-ci il, iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildənbaşlayaraq Ağdamın ermənilərlə həmsərhəd kəndlərində düşmənə qarşı döyüşüb. Sonralarisə hərbi hissə yaradaraq torpaqlarımızı erməni təcavüzündən müdafiə edib.


Xramort,Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində komandirkimi vuruşub. 1992-ci ildə dekabrın 7-də Azərbaycanın Milli Qəhrəmanı adına, "MəhəmmədƏsədov Mükafatına” layiq görülüb.

Polkovnik-leytenantAsif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasınıdəyişib. İyulun 3-də Bakı şəhərində II Fəxri Xiyabanda dəfn edilib. Bakının küçələrindənbiri onun adını daşıyır.