Milli Məclisin iclası başladı
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Adalet.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib.
Deputatların müzakirəsinə çıxarılacaq məsələlər arasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara və Əmək Məcəlləsinə dəyişiklik layihələri var. Həmin sənədlər üçüncü oxunuşda müzakirə ediləcək.
Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda, eləcə də “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik layihələri ikinci oxunuşda nəzərdən keçiriləcək.
Gündəliyə həmçinin bir sıra məcəllə və qanunlara dəyişiklikləri nəzərdə tutan geniş qanun layihələri daxil edilib. Bunlar arasında mülki, vergi və cinayət-prosessual qanunvericiliyə, sosial və tibbi sığortaya, məşğulluğa, lisenziya və icazələrə, məhkəmə ekspertizası fəaliyyətinə dair dəyişikliklər var.
Deputatlar, həmçinin “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsini, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsini nəzərdə tutan sənədi birinci oxunuşda müzakirə edəcəklər.
Bundan əlavə, şəhid ailələri, veteranlar, qaçqın və məcburi köçkünlər, valideyn himayəsindən məhrum olmuş uşaqlar, əlilliyi olan şəxslər və digər sosial qruplarla bağlı qanunvericilik aktlarına dəyişikliklər də gündəlikdə yer alıb.
İclasda, həmçinin korrupsiyaya qarşı mübarizə, fərdi məlumatların qorunması, vətəndaşların müraciətləri və cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi ilə bağlı qanunvericiliyə dəyişikliklər müzakirə olunacaq. Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsi də birinci oxunuşda deputatların müzakirəsinə çıxarılacaq.
Digər Xəbərlər
30 Oktyabr 2026 11:20
Kobaxidze: Gürcüstan Azərbaycanla Ermənistan arasındakı sülh prosesini alqışlayır
30 Oktyabr 2026 11:19
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
30 Oktyabr 2026 10:48
"Nazirin yanına gedəsən, oradan əliboş qayıdasan, bu, biabırçılıqdır" - Deputat
30 Oktyabr 2026 10:27
Əli Əsədov gürcüstanlı həmkarı ilə görüşdü
30 Oktyabr 2026 10:18
“Milli maraqlara əsaslanan siyasət ən mürəkkəb vəzifələrin həllini mümkün edir”
30 Oktyabr 2026 09:48
Atatürkü Azərbaycanda niyə bu qədər sevirik?
29 Oktyabr 2026 22:11
Ceyhun Bayramovdan diqqətəlayiq jest - VİDEO
29 Oktyabr 2026 17:10


Bakı -°C

