adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Aprel 2020 17:21
16671
SİYASƏT

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Aprelin 28-də Milli MəclisinHüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi.

Milli Məclis Sədrinin birinci müavini, komitənin sədriƏli Hüseynli bildirdi ki, bugünkü iclas cənab Prezidentin qanunvericilik təşəbbüsüilə Milli Məclisə təqdim olunmuş Cinayət və İnzibati Xətalar Məcəllələrinə təklifolunan dəyişikliklərlə bağlı ictimai müzakirələrə həsr olunub. Bildiyiniz kimi,bu dəyişikliklər "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsihaqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının icrasıilə əlaqədardır, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərindekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə hazırlanıb. Dəyişikliklərbirinci və ikinci oxunuşda Milli Məclisin iclasında ətraflı müzakirə olunub,deputatlar, xüsusilə də məruzəçi Kamal Cəfərov dəyişikliklərin mahiyyəti barədəfikirlərini bildiriblər. Ona görə də bu ictimai müzakirələr zamanı işçi qrupuilə birlikdə əsasən üzərində israr olunan məqamlar barədə danışacağıq və birsıra suallara aydınlıq gətirəcəyik.

Əvvəlcə iclasda deputatlar Rəşad Mahmudov və AydınHüseynov təcili tibbi yardımda çalışan tibb işçilərinin təhlükəsizliyinin təminedilməsi və büdcə vəsaitlərinin qorunması ilə bağlı fikirlərini bildirdilər.Sonra Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsininbaş məsləhətçisi Ceyhun Kazımov qanun layihəsinin ötən oxunuşları zamanıdeputatların plenar iclasda səsləndirdikləri fikirlərə münasibət bildirdi, birsıra məsələlərə aydınlıq gətirdi.

İclasda komitə üzvləri Qüdrət Həsənquliyev, Erkin Qədirli,Tahir Kərimli, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, Sabir Hacıyev, Nurlan Həsənov,hüquq mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri Cinayət və İnzibati Xətalar Məcəllələrinə təklifolunan dəyişikliklərlə bağlı fikirlərini bildirdilər, ölkəmizdə cəza siyasətininhumanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə həyata keçiriləntədbirləri yüksək qiymətləndirdilər.

Bununla da Cinayət və İnzibati Xətalar Məcəllələrinədəyişiklik edilməsi haqqında qanun layihələri ilə bağlı ictimai müzakirələrbaşa çatdı.