adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 May 2020 16:22
9268
GÜNDƏM

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib

Mayın 12-də Milli Məclisin Elm və təhsil komitəsininonlayn iclası keçirilib.

Komitənin sədri BəxtiyarƏliyev bildirib ki, gündəlikdə "Təhsilhaqqında” və "Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə(üçüncü oxunuş) qanun layihəsi var. Komitə sədri diqqətə çatdırıb ki, qanunlayihəsi Prezident İlham Əliyevin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli fərmanından irəli gələn məsələlərlə əlaqədar hazırlanmışdır.Həmin fərmana əsasən Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuolan Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılmış və onun nizamnaməsi təsdiqedilmişdir. "Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər də bununlabağlıdır.

"Dövlətrüsumu haqqında” Qanuna təklif olunan dəyişikliklərisə "Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırmaxarakteri daşıyır. Belə ki, xarici ölkələrin ali təhsil müəssisələrinindiplomlarının tanınması bir xidmət növü kimi müəyyən edildiyindən və həmin xidmətəgörə xidmət haqqı tutulduğundan, "Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklikedilir və xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasınagörə dövlət rüsumu ləğv edilir.

Onlayn iclasda çıxış edənkomitə üzvləri Ceyhun Məmmədov, Şahin Seyidzadə, Etibar Əliyev və İsa Həbibbəyliqanun layihəsinin qəbulunun vacibliyindən danışdılar.

İclasda komitə üzləriMusa Qasımlı, Aqiyə Naxçıvanlı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Kamilə Əliyeva,Afət Həsənova, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, EldarQuliyev, Müşfiq Məmmədli və Fatma Yıldırım iştirak edirdilər.

İclasın sonunda gündəlikdəkiməsələ yekdilliklə üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyətövsiyə edildi.

Nicat Novruzoğlu