adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 May 2020 10:19
20397
SİYASƏT

Milli Məclisdə komitə iclası keçiriləcək

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək.

Parlamentdən Adalet.az-a verilən məlumata görə, gündəliyə iki məsələ daxildir.

Bunlar "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələridir. Hər iki sənəd ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Deputatlar sənədlərin müzakirəsi zamanı öz fikirlərini bildirəcək, qeyd və təkliflərini verəcəklər.

Nicat Novruzoğlu