Milli Məclis toplanır
Bu gün Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçiriləcək.
Adalet.az xəbər verir i, ilk plenar iclasın gündəliyinə 31 məsələ daxil edilib.
Belə ki, Milli Məclisin payız sessiyasında işlər planı, "Kredit büroları haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
Həmçinin bir sıra qanunlara dəyişiklər nəzərdə tutulur. Bunlar "Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunda dəyişiklər ( 2-ci səsvermə), Deputatların yeni komitələrə üzvlüyə qəbul olunması məsələsi, Vergi Məcəlləsinə dəyişiklik, "Mədəniyyət haqqında” qanuna dəyişiklik, "Mühasibat uçotu haqqında” qanuna dəyişiklik, "Dövlət qulluğu haqqında” qanuna dəyişiklik, "Reklam haqqında” qanuna dəyişiklik, "Yol hərəkəti haqqında” qanuan dəyişiklik, "Kargüzarlıq haqqında” qanuna dəyişiklik, Əməliyyat-axtarış fəaliyyəti ilə bağlı Cinayət Prosessual Məcəlləyə dəyişiklik və bir sıra hökumətlərarası memorandum, saziş və müqavilələrin təsdiqi.
Qeyd edək ki, Milli Məclisin payız sessiyası dekabrın 30-dək davam edəcək.
Digər Xəbərlər
03 May 2024 11:19
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
03 May 2024 10:04Hikmət Hacıyev: “UNESCO bir adamın əlində alətə çevrilməməlidir”
02 May 2024 16:33Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
02 May 2024 16:08Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları
02 May 2024 16:04