adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 May 2019 12:27
14764
SİYASƏT

Milli Məclis “Standartlaşdırma haqqında” yeni qanunu qəbul etdi

Bu gün Milli Məclisin növbəti iclası keçirilir. Adalet.az xəbər verir ki, iclasa "Standartlaşdırma haqqında" yeni qanun layihəsi yenidən müzakirəyə çıxarılıb.

Yeni qanun 5 fəsil və 26 maddədən ibarətdir. Qanun standartlaşdırmanın məqsəd və prinsiplərini, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqini, bu sahədə fəaliyyətin maliyyələşdirilməsi mənbələri və digər məsələləri müəyyən edir.

Qeyd edək ki, qanun layihəsi ötən il müzakirəyə çıxarılsa da, sonradan təxirə salınmışdı.

Qanun layihəsi bu gün müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.