adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 May 2023 09:00
2844
LAYİHƏ

Milli Dövlətçilik təfəkkürü

Hər bir xalqın və hər bir millətin öz dövlətçilik tarixi var. Bu dövlətçilik tarixi zaman-zaman həmişə diqqət mərkəzində olub. Azərbaycanın da dövlətçilik tarixi çox zəngin və şərəflidir. Bu tarixi qorumaq, yaşatmaq həmişə ölkənin böyük şəxsiyyətlərinin üzərinə düşüb. Özü də Azərbaycan kimi dövləti qorumaq, inkişaf etdirmək və dünya səviyyəsinə çatdırmaq elə də asan deyildir. Çünki müxtəlif dövrlərdə, çox uzağa getməyək, elə bizim qonşularımız dövlətçiliyimizin, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qəsdinə durublar. Başqa bir sözlə demiş olsaq, düşmənlərimiz dövlətçiliyimizi məhv etmək, müstəqililyimizi əlimizdən almaq və ərazi bütövlüyümüzü işğal etmək istəyiblər.

Heç də təsadüfi deyil ki, erməni işğalçıları və onların havadarları 90-cı illərin əvvəllərində torpaqlarımızın 20 faiizini ələ keçirdilər. Nə az, nə çox, düz otuz il Böyük Qarabağın 20 faiz ərazisini işğal altında saxladılar. Bütün bunlar onu göstərir ki, tarix boyu yadellilər həmişə Azərbaycana yağlı tikə kimi baxıb və onu ələ keçirməyə çalışıblar. Amma Azərgbaycanın çox böyük siyasətçiləri və o cümlədən, Ulu Öndər Heydər Əliyev müstəqqilyimizi və dövlətçiliyimizi qorumaq üçün çox möhtəşəm və tarixin yaddaşına qızıl hərflərlə yazılan işlər görüblər. Başqa sözlə demiş olsaq, Ulu Öndər Heydər Əliyev müasir Müstəqil Azərbaycanın memarıdır. Təsadüfi deyil ki, Ümummilli Lider çıxışlarının birində belə bir fikşir səsləndirib: «Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımla irəliləməli, böyük inamla hərəkət etməlidir.»

Təbii ki, böyük siyasi şəxsiyyətin söylədiyi bu fikirlər sonradan zaman-zaman həyata keçməyə başladı. Yəni, ölkəmiz ilk növbədə müstəqillik yolunda yeni addımlarla irəlilədi, dövlətçiliyimiz daha da möhkəmləndi. Təbii ki, o dövlətdəki milli dövlətçilik təfəkkürü var, dövlətçilik ənənləri mövcuddur və həmin məmləkət də zaman-zaman öz istəyinə doğru irəliləyəcək. Əgər Azərbaycan 1990-cı illərin əvvllərində yenicə müstəqilliyini əldə etmişdisə, iqtisadiyyatı yenicə qurulmuşdursa və böyük lahiyələrə start verilmişdisə, artıq 2000-ci illərin əvvəllərində biz daha güclü və daha qüdrətli Azərbaycanı gördük. Gördük ki, Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü dövlətçilik siyasəti nəticəsində ölkəmiz çox böyük iqtisadi inkişafa nail olub, hərbi gücümüz artıb və beynəlxalq aləmdə nüfuzumuz daha da güclənib. Heç də təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev beynəlxalq kürsülərdən çıxış edərkən Azərbaycanın haqq səsini dünyaya çatdırırdı. Üstəlik də onun apardığı irimiqyaslı möhtəşəm dövlətçilik siyasəti ölkəmizi dünyaya tanıdırdı. O da təsadüfi deyil ki, ölkəmizin sürətlə inkişafı bir çox inkişaf etmiş xarici ölkələrin məmləkətimizə maraqlarını daha da artırmışdır. Ulu Öndər Heydər Əliyev yenə çıxışlarının birində söyləmişdir: «Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir.»

Bəli, gələcək nəsil olan gənclərimiz gördülər ki, həqiqətən də Ulu Öndərin seçdiyi siyasi xətt çox düzgündür və bu xətt ölkəmizin dövlətçiliyinə və müstəqilliyinə xidmət edir. Əlbəttə, dövlətçiliyi qorumaq tək prezidentin vəzifəsi deyil, bu, hər bir vətəndaşın, hər bir insanın borcudur. Başqa sözlə demiş olsaq, hər bir vətəndaş öz çalışdığı vəzifəsində xalqa, millətə və dövlətə xidmət etməlidir. Yəni, öncə dövlətçilik və müstəqillik! Təbii ki, bunu hər bir Azərbaycan vətəndaşı yaxşı anlayır və yaxşı da başa düşür. Ən azından ona görə ki, ölkəmizin iqtisadi gücünün və hərbi potensialının yüksəlməsində hər bir azərbaycanlının bu və ya digər dərəcədə xidməti olmuşdur. Çünki Heydər Əliyev bu xalqa, bu millətə düz yol göstərmişdir. Ulu Öndərin həyata keçirdiyi möhtəşəm və unikal ordu quruculuğu sahəsində biz 1994-cü ilin yanvarın əvvəllərində ermənilər üzərində ilk qələbəmizi qazandıq. Belə ki, 1993-cü ilin avqustun 23-də Füzuli rayonunun işğal olunmuş 22 kəndi və Horadiz şəhəri ordumuz tərəfindən azad edildi və həmin yerlərə Azərbaycan Bayrağı sancıldı. Bu o demək idi ki, erməni ordusunun yaratdığı mif artıq iflasa uğramışdı və artıq Azərbaycan Ordusu çox şanlı və mötəşəm bir qələbə qazanmışdı. Horadiz şəhərində Arazın üstündə İranla bizi birləşdirən körpüdə erməni bayrağı ayaqlar altına atılmış və orada üç rəngli bayrağımız sancılaraq dalğalanmışdı.

Bu o demək idi ki, Ulu Öndər erməni işğalçılarına böyük dərs verdi və işğal altında olan ərazimizin böyük bir hissəsi azad edildi. Yəni, müstəqilliiymizə, dövlətçiliyimizə vurulmuş qəsdin bir hissəsi sağaldı. Bundan sonra digər torpaqlarımızın azad olunması gözlənilirdi.

Ulu Öndər həm də bu millətə, bu xalqa bayraq sevgisini, bayraq məhəbbətini aşılamışdı. Çünki heç kimə sirr deyil ki, bizim heç də hamımızın bayrağımıza bir o qədər də sevgisi yox idi. Amma Ulu Öndərin bayraqla bağlı səsləndirdiyi fikirlər bir daha bu xalqı və bu milləti üç rəngli bayrağımıza ürəkdən bağlandırdı. Ümummilli Lider Heydər Əliyev bayrağımızla bağlı bu fikirləri demişdir: «Gərək hər evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.»

Bax, biz müəyyən zaman kəsiyindən sonra Ulu Öndərin dediklərini həyatda gördük. İndi əksər yaşayış binalarının mənzillərinin eyvanlarında üç rəngli bayrağımız sancılıb. Onlar tək bayram günlərnidə deyil, 90-cı illərin sonlarından bütün evlərin mənzillərində dalğalanır. Xüsusən də 44 günlük II Qarabağ Savaşından sonra biz eyvanlarda bu bayraqları daha çox gördük. Həm də eyvanlarda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin portiretlərini gördük və bu gün də görürük.

Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən və dünya siyasətində özünəməxsus yeri olan Prezident İlham Əliyev 44 günlük müharibədə Ermənistan üzərində qazandığımz möhtəşəm qələbə ilə yeni bir qızıl tarix yazdı. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz 44 gündə işğal altında olan 9 rayonumuzu azad elədi və Prezident İlham Əliyevin bu sözləri yadımıza düşür: «Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.» Bəli, Prezident İlham Əliyev o torpağı azad edəndən sonra Heydər Əliyevin məzarını ziyarət etdi və bir daha Ulu Öndərin ruhuna raport verdi ki, Şuşanı və digər torpaqlarımızın hamısını azad elədik. Bu, Azərbaycan dövlətinə, dövlətçiliyinə və müstəqilliyimizə olan ən böyük hədiyyə idi. Bu hədiyyəni də xalqımıza Prezident İlham Əliyev və Azərbaycan ordusu bəxş elədi!

Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimiz tarixi ilə bağlı həyata keçirdiyi uğurlu siyasət bundan sonra da müsətqilliymizin və bütövlüyümüzün, dövlətçiliyimizin təminatçısı olacaq, ölkəmizi iqtisadi və hərbi cəhətdən daha da gücləndirəcək.

 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.