adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Iyun 2018 16:39
21845
MƏDƏNİYYƏT

Milli ailə dəyərlərinin təbliği

TürkdilliDövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti İctimai Birliyi iyunun 8-də AzərbaycanRespublikasının Prezidenti yanında Qeyri-Hökumətə Təşkilatlarına Dövlət DəstəyiŞurasının maliyyə yardımı ilə "Milli ailə dəyərlərinin təbliğində psixoloji və əxlaqimaarifləndirmənin rolu” layihəsi çərçivəsində ilk tədbirini Bakı Türk liseyindəhəyata keçirib. Tədbirdə layihəyə uyğun olaraq hazırlanmış "Milli və əxlaqi dəyərlərimizinnüvəsi Ailə” kitabı və "Milli ailə dəyərlərimiz və müasirləşən gənclik” bukletlərilayihə iştirakçılarına paylanılıb. Tədbiri layihə rəhbəri Eldəniz Salmanov açıqelan edərək QHT-lərə Dövlət DəstəyiŞurasına belə layihələrin həyata keçirilməsində göstərdiyi dəstəyə görə öz təşəkkürünübildirib. Layihə rəhbəri layihənin məqsədi və layihə iştirakçılarına faydasıhaqqında məlumat verdikdən sonra sözü mühazirəçilərə verib.

İlkmühazirəçi BDU-nun psixologiya fakültəsinin müəlliməsi Səbinə Salmanova olub vəbir sıra maraqlı məqamlara toxunub. Səbinə Salmanova öz çıxışında milli ailə dəyərlərindəpsixoloji maarifləndirmənin rolu və sonzamanlar boşanma hallarının başlıca problemləri haqqında ətraflı məlumat verib.Natiq maarifləndirici xarakterli çıxışında bir bəzi vacib məqamlara da toxunub.

Dahasonra çıxış edən tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov milli və əxlaqi dəyərlərimizintarixi kökləri və xalqımızın uzun illərdən bəri qoruyub saxladığı müqəddəs dəyərlərimizhaqqında geniş məlumat verib. Eldəniz Salmanovlayihə iştirakçılarına geniş diskussiya şəraitində mühazirəçilərə özsuallarını vermək və cavab almaq üçün geniş imkan yaradıb. Tədbir iştirakçılarıbelə aktual layihələrin həyata keçirilməsinin gənc nəslin maarifləndirilməsində çox böyük rolu olduğunu bildiriblər. Tədbirinsonunda Eldəniz Salmanov fəal iştirakçılara xüsusi kitablar hədiyyə etdi vəBakı Türk Liseyinin müdiriyyətinə tədbiri həyata keçirmək üçün yaratdıqları şəraitəgörə öz təşəkkürünü bildirib. Layihə rəhbəri onu da qeyd etdi ki, növbəti tədbirimiziyun ayının 12-də Lənkəran şəhərində olacaq.