Millət vəkili Rövşən Rzayev İlham Əliyevi təbrik etdi
Hər bir xalqın tarixində əlamətdar, böyük hərflərlə yazılan və qan yaddaşına çevrilən məqamlar var. Həmin məqamlardan birinin yaşı çox da böyük deyil. Cəmi üç gün öncə xalqımız möhtəşəm bir Qələbənin – öz səsiylə təkrar prezident seçdiyi İlham Heydər oğlu Əliyevin qələbəsinin şahidi oldu!
Bəli, aprelin 11-də xalqımız öz istəyini ifadə edərək birmənalı şəkildə Ümummilli liderimiz, Ulu Öndərimiz Heydər Əliyevin layiqli varisini növbəti 7 il üçün özünə rəhbər seçdi. Və sübut etdi ki, İlham Heydər oğlu Əliyev bu posta ən laiyqli namizəddir. Eyni zamanda sübut etdi ki, artıq dünyanın birmənalı şəkildə qəbul etdiyi Azərbaycan lideri özünün siyasi, iqtisadi siyasətilə ən böyük liderlərlə qarşı-qarşıya dayanıb Azərbaycan gerçəkliklərini təbliğ, təqdir və təsdiq etmək gücündədir. Onun rəhbərlik məharəti heç bir müzakirəsiz, heç bir mübağiləsiz dünya liderlərinin məharətilə eyni səviyyədədir.
11 apreldə biz hamımız öz liderimizi yenidən seçməklə ona güvəncimimizi, ona inancımızı təkrar ortaya qoyduq. Və dünyaya bildirdik ki, Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyev öz xalqının qarantıdı! Azərbaycan xalqı öz prezidentilə birlikdədir! Bu qələbə xalqın qələbəsidir! Və bu qələbəyə görə cənab Prezidentimizi, həm də xalqımızı təbrik edirəm!
Rövşən RZAYEV
Millət vəkili
Digər Xəbərlər
28 May 2026 21:00
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
28 May 2026 17:47
Cümhuriyyət dövrünün geosiyasəti ilə bu günün müqayisəsi - Səxavət Məmməd yazır
28 May 2026 17:15
"Heydər Əliyev hakimiyyətə gəlməsəydi, dövlətimizin taleyi necə olacaqdı!?"
28 May 2026 16:36
Slovakiya Prezidenti: Azərbaycana rəsmi səfərimi səbirsizliklə gözləyirəm
28 May 2026 15:27
"Müstəqillik - bu, böyük nemətdir, böyük nailiyyətdir" - Prezident
28 May 2026 15:18
"Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir"
28 May 2026 12:55
“Bir dəfə yüksələn bayraq bir daha enməz!” - Türkiyə MN-dən təbrik
28 May 2026 11:41


Bakı -°C

