Millət vəkili qabaqcıl şagirdlərlə görüşdü - FOTOLAR
Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında millət vəkili Elnur Allahverdiyevin təmsil etdiyi dairənin sakinləri olan qabaqcıl məktəblilər və şəhid övladları ilə görüşü olub. Görüş Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib. Tədbirdə Yasamal Rayon icra Hakimiyyəti başçısının müavini Təravət Muradova, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyev də iştirak ediblər.
Orta məktəbdən məzun olan şagirdlərlə fəal diskusiya şəklində keçən görüşdə 17 saylı Yasmal üçüncü seçki dairəsinin ərazisində yerləşən 6 orta məktəbin 12 qabaqcıl şagirdi deputat tərəfindən mükafatlandırılıb. Sonra tədbir iştirakçıları kitabxana əməkdaşlarının övladları tərəfindən Qarabağ və Vətən müharibəsi mövzusunda çəkilən rəsmlərə baxıblar, qalibləri müəyyən ediblər. “Azərbaycanda uşaqlar həmişə Ulu öndər Heydər Əliyevin xüsusi diqqətində olub. Tək 1 iyun Uşaqlar günündə Ümummilli liderin necə uşaqlarla birlikdə şənliklərdə iştirak etdiyini xatırlamağımız hər birimizdə xoş ovqat yaradır. Bu siyasət hazırda cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir” – deyə millət vəkili çıxışında bildirib.
Digər Xəbərlər
13 Mart 2026 09:00
DÜNYAYA TÖHFƏ VERMƏK HƏR ÖLKƏNİN İŞİ DEYİL
06 Mart 2026 09:00
İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ
27 Fevral 2026 09:00
AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR
20 Fevral 2026 09:00
ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52
“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
29 Dekabr 2025 08:30


Bakı -°C

