adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Aprel 2014 12:32
4303
SİYASƏT

Millət vəkili ön cəbhədə olanlara imtiyazlar istədi

MilliMəclisin sessiyasında deputat Qənirə Paşayeva ön cəbhədə yerləşən kəndlərindurumundan danışıb.

 

Deputat öncəbhədə yaşayan insanlar qəhrəman adlandırıb: "Onlar evlərini tərk etmirlər,Ermənistanın kəndləri və insanları atəşə tutmasına baxmayaraq insanlarımızordumuzun yanındadır. Düşmən uşaq-qadındemədən hər kəsi atəşə tutur.

 

Mən cəbhə xəttində yaşayan insanların fikirini çatdırmaqistəyirəm. Söhbət ön cəbhədə yaşayan insanların övladlarının ödənişsiz təhsilalmasından gedir.

Eləcə də, kommunal xidmətlər məsələsində onlara güzəşttətbiq olunsun. Həmçinin cəbhə kəndlərində kapital qoyanlara güzəşt edilsin.Bir də hədəfə alına biləcək evlərin hasarı tikilsin. Eləcədə sosial təminatməsələsində onlara yardım olunsun”.