Türkiyənin aparıcı şirkətləri foruma hazırlıqla bağlı mətbuat konfransı keçirdi

Türkiyənin ilk keramik plitə markası Seranit və ofis mebeli sektorunda Türkiyənin aparıcı markalarından biri olan Zivella, 30 May Cümə günü Bakı Konqres Mərkəzində keçiriləcək “InVision Design Talks & Visionary Design” Forumuna hazırlıq çərçivəsində keçirdiyi mətbuat konfransdan əvvəl səhər yeməyi təşkil edib. Konfransda media nümayəndələri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, Türkiyənin aparıcı keramika istehsalçısı Seranit Türkiyənin ofis mebeli sektorunda aparıcı brendlərindən biri olan Zivella ilə birlikdə Azərbaycanda, Bakıda InVision Design Talks & Visionary Design Forum tədbirini təşkil etməyə hazırlaşır. Tədbir mayın 30-da, cümə günü saat 13.00-dan 18.30-dək Bakı Konqres Mərkəzində baş tutacaq. Memarlıq, sənaye dizaynı və şəhərsalma dünyasının aparıcı adları bir araya gələcək. Yaşayış məkanlarını, şəhərləri və obyektləri formalaşdıran uzaqgörən fikirlərin müzakirəsi üçün də unikal platforma yaradacaq bu tədbir bu sahədə mütəxəssislərlə dizaynın gələcək rolunu yenidən müəyyənləşdirməyə yönəldiləcək.
Qonaqlar konfransın sonunda xatirə şəkli çəkdiriblər
Digər Xəbərlər

Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir - FOTOLAR

Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb

"Anadolu Ankası - 2025" təlimi başa çatıb - VİDEO

Hikmət Hacıyev Bakı-Ağdam qatarı ilə bağlı paylaşım etdi
jpg-1747994625.jpg)
"İrəvan Qazısı" xəbərinə Sübhanidən qərəz: "Zəngəzur dəhlizi olmayacaq"

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşib
