24 May 2025 20:59
92
İQTİSADİYYAT

 Kərə yağı

İndi bir çox imkanlı adamlar artıq market və maqazalardan  kərə yağı almağa ehtiyat edir.

Ən azından ona görə ki, onun təmiz kərə yağı olmağına bot o qədər  də, inanmırlar. Onları da , qınamalı deyil, çünki marketlərdə  keyfiyyətlisiz yağların əlindən tərpənmək olmur.Amma istehsalçılar isə utanmadan deyirlər ki, bizim istehsal etdiyimiz  kərə yağıdı.  

Bax burda  adam istəyir ki, dişinin dibindən gələn sözləri onlara desin, amma şeytanı yada salıb , susursan! Bax ,buna görə də, bir çox insanlar rayonlara gedib, tanıdıqları adamlardan kərə yağı alırlar.Belələri də , yağların alındığını görüb qiyməti artırıblar.

Yeni kərə yağın kiloqramını 25 manatdan aşağı satmırlar!.Çünki deyirlər ki,  bizim yağ tər- təmizdir. Düzdür, yağ təmizdir,amma qiymət də əl yandırır.Nə isə..Təmiz  kərə yağı axtarırsınızsa, onda əliniz cibinizdə  olsun!!!

Emil Faiqoğlu