adalet.az header logo
  • Bakı 19°C
06 Aprel 2020 13:22
130743
GÜNDƏM

Mikayıl Gözəlov öldürülməsəydi...

1994-cüilin yayı idi. Ermənilər tərəfindən işğal olunan Ağdam kəndlərinin sakinləriQuzanlı kəndinə pənah gətirdilər. Camaat orda cadır şəhərciklərində, hələinşası başa çatmamış evlərdə bir təhər məskunlaşmaq məcburiyyətində qaldı. Həminvaxtlar Mərzili kəndindən olan Siyatel nənə tez-tez əllərini dizlərinəçırpa-çırpa bu sözləri deyirdi: " Mikayılı öldürməsəydilər, bu işlərdə baş verməyəcəkdi”.Sonralar bu sözləri çox adamdan eşitdim və elə o vaxtdan onun haqqında öyrənməyə.onu tanımağa çalışdım.


Bu gün bu kiçik yazımla Ağdamın- Azərbaycanın igid oğlu Mikayıl Gözəlovutanıdığım qədər tanıtmaq istəyimi həyata keçirmək fikrindəyəm. Qoy, gənclərimizoxusun, tanısın! Qoy gənclərimiz vəzifə, vətənpərvərlik, insanlıq borcu kimivacib hissləri Mikayıl Gözəlovun simasında görsün və əxz eləsin!

Bilənlər bilir, Mərzili kəndi Ağdam rayonunu ən iri kəndi idi və ən çox gəlir gətirənsovxozda bu kənddəydi. Bu kənddə təsərrüfatla məşğul olmayan, işsiz adam tapmaqmümkün deyildi. Bax, qəhrəmanımızda 5 aprel 1948-ci ildə mayası halallıqlayoğrulmuş belə bir kənddə, zəhmətkeş ailədə doğuldu. Atası Qoca kişi səxavəti, əxlaqı,mənəvi dəyərləri, mərdliyi ilə həmişə seçilib və xeyirxah əməllərinə görə Azərbaycanınəksər bölgələrində ad-san qazanıb, Mərzilidə yaşasa da, bütün ölkədə tanınıb. Mərzilikəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini,1969-cu ildə isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun (AzərbaycanTexniki Universiteti) inşaat fakültəsini başa vurur. Təyinatı Şuşa şəhərinəverilir. 1970-76 illərdə 92 saylı tikinti idarəsində tikinti ustası, işicraçısı, baş iş icraçısı, tikinti rəisi vəzifələrində çalışır. Şuşada,Xocalıda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, DQMVdə və Azərbaycanın digərbölgələrində onlarla tikinti obyektlərinin icraçı mühəndisi, rəisi kimi fəaləiyyətgöstərir. Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəismüavini vəzifəsinə təyin olunur. M.Gözəlov mayasındakı halallığın, zəhmətkeşliyin,vətənsevərliyin hesabına vəzifə pillələrinə yüksəltdikcə vəzifə məsuliyyətininvətən təəssübkeşliyinin, insan amilinə münasibəti yüksəlməsidə təbii hal idi.

Çünki belə olmasaydı, Qarabağda at oynadan "Krunk” təşkilatına, hər bir ermənipərəstmövqeyini respublikada keçirə biləcək söz sahibi olan "Qarabağ” komitəsinəqarşı mərdliklə, çəkinmədən mübarizə apara bilməzdi. 1988-ci ildə Şuşa RayonXDS İcraiyyə Komitəsinin sədri seçillən igid eloğlumuz Şuşa-Xankəndi yolununsağ tərəfində Xankəndindən qovulmuş azərbaycanlılar üçün Yeni Xankəndi qəsəbəsininistifadəyə verilməsi məsələsini qaldırır, Şuşada yeni su kəmərinin çəkilməsi,Şuşa-Xəlfəli-Qaybalı-Kərkicahan yolunun salınması məsələsini gündəmə gətirir.Şuşalılar onun bu cəsarətini, işgüzarlığını qiymətləndirir, onun hökumətdə sözhaqqı qazanması Şuşanın hər bir çətinliyə sinə gərəcəyinə inanırdılar. Bu məqsədləGözəlovun 360 sayli Şuşa seçki dairəsindən Azərbaycan Respublikası Ali Sovetinədeputatlığa namizədliyi qeydə alınır.


Hə, atalarımız burda deyiblərki, mərdimazar olmasa, bağ çəpəri neyniyir.1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının ikinci katibi vəzifəsindəçalışan, erməniləri dəstəkləməyilə tanına və 1990-cı ildə Qarabağda təşkilolunan xüsusi komitənin başçısı təyin edilən. Viktor Polyaniçkonun göstərişi iləseçki gününə bir gün qalmış,həmin dairədə seçki dayandırıldı.

1991-il 7 noyabrında Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Şuşarayon İcra Hakimiyyətinin başçısı təyin edilir. Bundan sonra bir icra başçısıkimi səlahiyyətlərindən istifadə edərək daha geniş planlar həyata keçirir.Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursatvə texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərir, öz vəsaiti hesabınarespublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah,sursat və texnika gətirdir, Şuşa batalyonunun yaranmasının təşkilatçılarındanolur. Rəhbərlik etdiyi döyüş əməliyyatları ilə şuşalıların qələbəyə inamınımöhkəmləndirir. Ermənilər İcra başçısını azərbaycanlıların –xüsusən şuşalılarınciddi müqavimət göstərməsinin səbəbkarı hesab edirdilər. Ona görə dəfələrlə onaqarşı sui-qəsdlər təşkil edilir, başına milyonlarla pul qoyulur. Mikayıl müəllimqorxmur, əksinə, gecə-gündüz çalışır, vuruşur, mübarizə aparır və …

Təbiiki ermənilərin qəzəbinə tuş gələn Gözəlovu ermənipərəst qüvvələr sevə bilməzdi.Necəki, 20 noyabr 1991-ci ildə dəhşətli vertolyot faciəsilə Azərbaycanın birçox görkəmli və düşməni yerində oturdacaq gücə malik oğullarını məhv etdilər.Bu hadisədən cəmi 21 gün sonra- 11 dekabrda iş kabinetində güllələnərək öldürülənGözəlov da hədəfdən yayına bilməzdi və həyatına qəsd edilən igidlərin siyahısıgetdikcə böyüyürdü, böyüdükcə isə torpaqlarımızın işğalı reallaşırdı.Şuşalıların etiraf etdiyi kimi Gözəlovun qətlə yetirilməsi Şuşanın işğalınınyaxınlaşmasından xəbər verirdi.

Zənnimizcə, igid eloğlumuz Mikayıl Gözəlovun Qarabağ hadisələri zamanı Şuşanınvə ətraf ərazilərin müdafiəsinin möhkəmləndirilməsinə çalışmasının və məhz bu səbəbdənöldürüldüyünü elə həmin hadisə şahidlərinin söylədiklərini xatırlatmaq yerinədüşərdi.

Jurnalist Kərim Kərimli:

-O zaman səslənən və çox adamın da əmin olduğu məlumatlardan biri də bu idi ki,həmin gün, yəni dekabrın 11-də axşam saat 20.00-da işğalçı Ermənistanın silahlıquldur dəstələrinin Qarabağdakı mövqelərinə və dayaq nöqtələrinə qarşı çoxyaxşı hazırlanmış və ciddi bir əməliyyat başlayacaq. Həmin əməliyyatı idarə edənqərargaha da Gözəlov özü rəhbərlik etməli idi. Lakin əməliyyatın başlanmasındantəxminən 45-50 dəqiqə qabaq onu aradan götürdülər. …Və bütün hücum əmrləri ləğvedildi. Ermənilər əks-hücuma keçərək bizə divan tutdular. Dalbadal dəhşətlihadisələr baş verdi. Gözəlovun ölümündən dərhal sonra bir-birinin ardınca Cəmilli,Meşəli, Kərkicahan və s. kimi strateji yaşayış məntəqələri – kənd və qəsəbələrdarmadağın edilərək yandırıldı, onlarla insan qətlə yetirildi və s. Onu dadeyim ki, Mikayıl müəllimin ölümündən sonra bir jurnalist kimi müsahibə aldığımonlarla adam bu fikirləri söyləyib, yaxud təsdiq edib.

"Şuşa” kanalında çalışımış FəxrəddinHacıbəyli:

-Bilirsiniz ki, informasiya qıtlığı olanda dezinfromasiyalar sürətlə ayaq açıbyeriyir.Ona görə informasiyanı Şuşanın komendantından, Şuşa rayon İcra başçısıMikayıl Gözəlovdan almağa çalışırdıq. Sonra müəmmalı şəkildə onu kabinetində qətləyetirdilər. Kim göndərmişdi onu, niyə göndərmişdi, hansı səbəblərdən öldürüldü,bu günədək gizli qalıb. Mikayıl Gözəlov vətənpərvər insan idi, canıyla qanıyatorpağa bağlıydı. Ən düzgün informasiyaları bizə o verirdi. Heç kimdən çəkinmədən,o vaxtkı hakimiyyətdən qorxmadan bizə dəqiq informasiyalar çatdırırdı. Elə bu səbəblərdən"Şuşa” kanalının fəaliyyətində əvəzolunmaz xidmətləri olan icra başçısı MikayılGözəlovu müəmmalı şəkildə kabinetində güllələyərək qətlə yetirdilər.

Mərhum deputat Şadman Hüseynov:

-Şuşanın icra başçısı Mikayıl Gözəlov Qarakənd üzərində vertolyotunvurulması ilə bağlı sirləri bildiyinə görə qətlə yetirilib.

Mərhum polkovnik Ələkbər Əsgərov;

-Mikayılın öldürülməsi ermənilərin əsas məqsədlərindən biri idi. Lakinözümüzünkülər qabağa düşərək onu qətlə yetirdilər və ermənilərə bu xidməti göstərdilər.Onları ən əsas məqsəd və arzularından birinə çatdırdılar.

Qarabağ müharibəsinin fəal iştirakçısı, 123 saylı alayın hüquq və mühafizə işləriüzrə baş müfəttişi, baş-leytenant, Səbirə Mahmudova:

-Xankəndi getməzdən 15 gün öncə 1991-ci il dekabrın 11-də torpağını sevən, səriştəliŞuşa icra başçısı Mikayıl Gözəlov erməni qüvvələrinə qarşı hazırladığı böyükdöyüşdən 1 saat əvvəl kabinetində bu günədək naməlum səbəbdən davamlı güllələrləöldürülmüşdü. Ona güllə atan təcili yardım maşınının sürücüsü idi. Maraqlı daburasıdır ki, adi bir sürücünün icra hakimi ilə nə işi var idi.? Qarakənd faciəsindənsonra Ayaz Mütəllibov Mikayıl Gözəlova göstəriş vermişdi ki, Xankəndinə bir dənədə olsun güllə atılmasın. Mikayıl Gözəlov Şuşa ətrafında gizlənmiş erməniyaraqlılarını rus qoşunlarının komendatı ilə danışıqlar aparıb, Şuşanın qoçaqoğlanlarının köməyi ilə tutub, türməyə salmışdı. Sonradan Bakıdan gələnistintaq qrupunun rəhbəri Məbud Hüseynov Şuşa türməsindən ermənilərin çoxunuburaxdı.

O gündən tam 28 il keçib... Orta məktəb savadı olanSarıtel nənənin doğru, necə deyərlər, professional fikir yürütdüyünü, dəqiqanaliz apardığını bugünü yazımla təsdiq etmiş oldum…

Həqiqətəndəheyf elə oğullardan…çox heyf …

Yeri gəlmişkən,o vaxt qatil Elbrus İbrahimov tutuldu və ömürlük həbs cəzası aldı. O da, elə həbsxanadadünyasını dəyişdi. "Cənnət- cəhənnəm” məfhumuna inansaq, yerini təyin etmək çətindeyil.

Əntiqə Rəşid