"Məzənnə də azalacaq, faiz də" - Ərdoğan
Yavaş-yavaş, mərhələli şəkildə məzənnə də, eyni zamanda, faiz də azalacaq və 2022-ci il bizim ən parlaq ilimiz olacaq.
Adalet.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya səfərinin başa çatmasından sonra jurnalistlərə açıqlamasında deyib.
"Valyuta məzənnəsindəki dalğalanmanın azalmasından və sabitliyin davam etməsindən məmnunuq. Maliyyə birjalarındakı sabitliyin davamına və lirəyə marağın artmasına yönəlmiş addımlarımız davam edəcək. Artıq inflyasiya azalmağa başlayıb. Bu, belə davam edəcək. İnflyasiyanın geriləməsi bizim hədəfimizdir. Artıq faizdə də azalmalar başlayıb. Yavaş-yavaş, mərhələli şəkildə məzənnə də azalacaq, faiz də eyni zamanda azalacaq və 2022-ci il bizim ən parlaq ilimiz olacaq. Bu, özü ilə inflyasiyanın azalmasını da gətirəcək", - deyə o bildirib.
Qeyd edək ki, ötən ilin sonunda Türkiyə lirəsi kəskin ucuzlaşmışdı. Dekabrın 18-də ABŞ dollarının qiyməti 18 lirəyədək yüksəlmişdi.
Digər Xəbərlər
24 Mart 2026 09:27
Azərbaycan nefti ucuzlaşdı
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01
“İndi şəffaf, aydın, müqayisə oluna bilən, rahat hesablanan bir sxem qururlar”
21 Mart 2026 12:48
“Əmək haqqı sisteminin təkmilləşdirilməsinin bir neçə səbəbləri var”
21 Mart 2026 00:16


Bakı -°C

