Məzahir Pənahov: Vəzifəli şəxslər, o cümlədən bələdiyyə üzvləri namizəd üçün imzatoplamada iştirak edə bilməz
Deputatlığa namizədlər imzatoplama zamanı diqqətli olmalı və imzaları qanunvericiliyin tələbinə uyğun toplamalıdırlar.
Adalet.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, vəzifəli şəxslər, o cümlədən bələdiyyə üzvləri namizəd üçün imzatoplamada iştirak edə bilməz: "Bu cür məsələlərdə namizədlər diqqətli olmalıdır. Biz çalışırıq ki, məsələləri namizədin xeyrinə həll edək, lakin bu cür məsələlər olduğu halda biz namizədə kömək edə bilmirik”.
Digər Xəbərlər
03 May 2024 12:45
Ağdamın bu kəndlərinə köç ilin sonuna qədər başlayacaq
03 May 2024 12:05Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI
03 May 2024 11:42Hicran Hüseynova: Müasir sivilizasiyanı mediasız təsəvvür etmək olmaz
03 May 2024 11:15Güllüdüzü kəndi necə Vardahovit oldu? - Ermənilərin "qədimliyini" puç edən detallar
03 May 2024 10:00