adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Yanvar 2020 16:24
9206
GÜNDƏM

Məzahir Pənahov: Deputatlığa namizədlər əmlakları barədə özləri məlumat verməlidirlər

Biz çalışırıq ki, bütün məsələləri namizədin xeyrinə həll edək.

Adalet.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, bəzi məsələlər var ki, buna məhz namizəd məsuliyyət daşıyır: "Deputatlığa namizədliyini irəli sürmüş Azərbaycan vətəndaşları öz əmlakı barədə məlumat verməlidir, əmlakını gizlətməməlidirlər”.

MSK sədri deyib ki, əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir: "Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namizədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər”.