adalet.az header logo
  • Bakı -°C
24 May 2026 17:35
80
ŞOU-BİZNES
A- A+

İddialı səhnə geyimləri gündəm oldu

Xalq artisti Aygün Kazımova yenə fərqli səhnə obrazları ilə diqqət mərkəzinə düşüb.

Adalet.az xəbər verir ki, Pop kraliça sosial şəbəkə hesabında paylaşdığı videolarda bir-birindən iddialı geyimləri ilə izləyicilərinin marağına səbəb olub.  

Sənətçi ilk görüntüdə ağ rəngli, bədən quruluşunu vurğulayan libası və xüsusi aksesuarları ilə kamera qarşısına keçib. Digər paylaşımında isə parıltılı və qeyri-adi dizayna malik mini geyimi ilə diqqət çəkən Kazımova səhnə enerjisi ilə seçilib.

Pop divanın qara-ağ nöqtəli obrazı isə sosial şəbəkələrdə ən çox müzakirə olunan stillərdən biri olub.

İzləyicilər sənətçinin fərqli imiclərini “cəzarətli”, “dəbli” və “Aygünə xas” kimi şərh ediblər.