adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Aprel 2018 15:22
8908
MƏMLƏKƏT

Metronun bu yerlərində də siqaret qadağan olundu

Bakı Metropolitenində siqaret çəkilməsinə dair qadağanın əhatə dairəsi genişləndirilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Bakı Metropolitenindən istifadə Qaydaları”nda dəyişiklik edib.

Qaydaya əsasən indiyə qədər Bakı Metropolitenistansiyalarında, keçidlərində və vaqonlarda siqaret çəkmək qadağan edilib. Dəyişikliyə əsasən artıq stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağandır.