Metroda gediş haqqının bahalaşması ilə bağlı müraciət olunmayıb - RƏSMİ
Metroda gediş haqqının bahalaşması ilə bağlı Tarif Şurasına müraciət edilməyib.
Bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdatr Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, metropoliten sosial yönümlü nəqliyyat infrastrukturudur və daim dövlətin qayğısı ilə əhatə olunur.
"Pandemiya dövründə elan edilmiş xüsusi karantin rejimi müddətində sərnişindaşımanın azalması normal qarşılanmalıdır. Qeyd edilən dövrdə də metropolitenin işlək vəziyyətdə saxlanılması və zəruri xərclərin qarşılanması üçün “Bakı Metropoliteni” QSC-yə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir.
Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli Qərarı ilə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısında Bakı Metropoliteni də var. Bu səbəbdən gediş haqqı tarifi üzrə tənzimlənməni “Bakı Metropoliteni” QSC aparmır. Bununla bağlı, hələlik aidiyyəti üzrə hər hansı bir müraciət ünvanlanmayıb,"-deyə qurum rəsmisi bildirib.
Digər Xəbərlər
22 Sentyabr 2026 20:09
"Ölkə iqtisadiyyatının artım templəri çox da böyük deyil" - Prezident
22 Sentyabr 2026 15:55
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
22 Sentyabr 2026 11:02
“Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır”
21 Sentyabr 2026 07:34
Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26
2027-ci ilin dövlət büdcəsində 2026-cı illə müqayisədə hansı dəyişikliklər gözlənilir?
18 Sentyabr 2026 09:31


Bakı -°C

