Metro saat 01:00-a qədər işləyəcək
"Bakı Metropoliteni" QSC "Qarabağ" FK-nın UEFA Çempionlar Liqasındakı oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.
Adalet.az xəbər verir ki, noyabrın 5-dən 6-na keçən gecə metronun bütün stansiyaları saat 01:00-a qədər girişə açıq olacaq.
Bildirilib ki, azarkeşlərin rahat və təhlükəsiz gedişini təmin etmək məqsədilə metropoliten gücləndirilmiş iş qrafikində fəaliyyət göstərəcək. "Gənclik", "Nərimanov" və "28 May" stansiyalarında nəzarət və işçi qüvvəsi artırılacaq. "Gənclik" stansiyasında, həmçinin könüllülər də fəaliyyət göstərəcəklər.
Ehtiyat qatarlar zərurət yarandıqda xəttə buraxılmağa hazır olacaq.
Digər Xəbərlər
05 Noyabr 2025 12:15
“Gənclərimiz bilsinlər ki, yüksək sürət, təhlükəli manevrlər heç kimə xeyir gətirməyib”
05 Noyabr 2025 12:09
"Qalıqların istifadə edilməyəcəyi qənaətindəyik" - Palata sədri DSMF-nin büdcəsindən danışdı
05 Noyabr 2025 11:50
"10 ayda 158 min nəfər işlə təmin edilib" - Nazir
05 Noyabr 2025 10:38


Bakı -°C

