Metropoliten rəsmisi sərnişinlərə çıxış yolu göstərdi - Video
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin tikinti mərhələsinə başlanılması prosesi ilə bağlı “Barometr TV”nin suallarını cavablandırıb.
Adalet.az xəbər verir ki, qurum rəsmisi metrodakı tikintiyə görə vətəndaşların əlavə pul itkisinə məruz qalmaması ilə bağlı çıxış yolu göstərib.
“Vətəndaşın əlavə 1 manat 20 qəpik itirməməsi üçün ekspres avtobusdan istifadə edə bilər. Sərnişinlər “Əhmədli” və ya “Koroğlu”dan “Elmlər”, “İnşaatçılar”, “20 Yanvar” istiqamətində metrodan istifadə etmədən həmin vəsaiti avtobusa xərcləməklə hərəkət edə bilər. Təbii ki, davamlı olaraq monitorinqlərimiz aparılacaq”, - o bildirib.
Əməkdaşın “Həmin o 1 manat 20 qəpik Bakı metropoliteni tərəfindən qarşılana bilərmi, belə bir ehtimal varmı?” sualına B.Məmmədovun cavabı belə olub:
“Həmin vəsaitin qarşılanması bu gün təqdim olunan ekspreslər və eyni zamanda gücləndirmə tədbirləridir ki, sərnişin metrodan yan keçməklə həmin ərazilərə hərəkət edə bilsin. Hazırda başqa variantlar yoxdur. Amma bunun üzərində baxılacaq, işləniləcək, monitorinqlər aparılacaq. Qarşıda duran vəzifəmiz sərnişinə az narahatlıq yetirməkdir. Çünki müəyyən vaxt itkisi olacaq. Metronun intensivliyi ilə yerin üstündəki nəqliyyatın heç biri müqayisə oluna bilməz. Ona görə də narahatlıqlar müəyyən vaxtla bağlı olacaq. Maliyyə vəsaitin itkisi olmasın deyə təklif olunan variant bu gün üçün budur”.
Digər Xəbərlər
05 Avqust 2026 18:05
Şokolad alarkən nələrə diqqət etməliyik? - VİDEO
05 Avqust 2026 17:17
Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi
05 Avqust 2026 17:09
"Pilgrim" şirkəti vədini yerinə yetirməyib? - DİN araşdırır
05 Avqust 2026 16:50


Bakı -°C

