Mətbuat Şurasından jurnalistlərə müraciət
Mətbuat Şurası müraciət yayıb.
Şuradan Adalet.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpası məqsədilə başlanılmış lokal antiterror tədbirləri ölkə mediasının diqqət mərkəzindədir. Jurnalistlərimiz bununla əlaqədar əsasən rəsmi məlumatların yayılmasına üstünlük verirlər.
Ancaq müxtəlif sosial şəbəkə profillərində anti-terror tədbirləri ilə bağlılığı iddia edilən görüntülər yayılmaqda, fikirlər səslənməkdədir. Belə hallar əvvəllər, xüsusən 44 günlük Vətən müharibəsi zamanı da müşahidə edilib. Eyni zamanda, qeyri-rəsmi məzmun daşıyan, bəzən məqsədli şəkildə dövriyyəyə buraxılmış görüntülərin ayrı-ayrı media orqanlarında xəbər kimi təqdimatı, süni ajiotaj yaratmaq meyilləri nəzərə çarpıb.
Azərbaycan Mətbuat Şurası olaraq ölkəmizin media subyektlərini, cəmiyyətə informasiya vermək öhdəliyini öz üzərinə götürmüş ayrı-ayrı şəxsləri, müstəqil jurnalistləri mövcud şəraitin həssaslığını nəzərə almağa çağırırıq. İndiki halda jurnalistika prinsiplərinə ən böyük sadiqlik qeyd edilən video-görüntüləri, eləcə də rəsmi təsdiqini tapmamış bilgiləri yaymamaq və paylaşmamaqdır. Nəzərə alınmalıdır ki, belə halların cəmiyyətdə çaşqınlıq yaratmaq ehtimalı böyükdür.
Ümid edirik ki, Azərbaycanın media cameəsi cəmiyyətimizin informasiya tələbatını qarşılayarkən, sadaladığımız mühüm məqamları nəzərə alacaq, ölkəmizin maraq və mənafelərinin qorunmasına peşəkar səviyyədə çalışacaq".
Digər Xəbərlər
01 Oktyabr 2026 19:38
AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTOLAR
01 Oktyabr 2026 18:48
Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
01 Oktyabr 2026 17:41
"Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev
01 Oktyabr 2026 16:39
AQEM-in Media Forumu keçirilib - FOTOLAR + YENİLƏNİB
01 Oktyabr 2026 16:18
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
01 Oktyabr 2026 14:51
"Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır"
01 Oktyabr 2026 12:03
"Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir" - Sədaqət Qəhrəmanova
01 Oktyabr 2026 11:10


Bakı -°C

