Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin üzləşdiyi çətin vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevə nümayiş etdirdiyi dəstəyə görə təşəkkür edib.
Adalet.az xəbər verir ki, o, bu barədə avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı bildirib.
Məsud Pezeşkian Azərbaycan Prezidenti ilə görüşlərini və telefon danışıqlarını məmnunluqla xatırladıb, İranın üzləşdiyi bu çətin vəziyyətdə Prezident İlham Əliyevin mövqeyinin, nümayiş etdirdiyi dəstəyin, verdiyi başsağlığının, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıb, bütün bunlara görə bir daha minnətdarlığını bildirib.
Əlaqələrin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu deyən İran Prezidenti Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduqlarını qeyd edib.
Məsud Pezeşkian iki ölkə arasında əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğulayaraq İranın bütün qonşu ölkələrlə yaxşı münasibətlərə malik olmaq niyyətində olduğunu deyib.
Digər Xəbərlər
31 Avqust 2026 19:36
Azərbaycan suyundan için, mən gətirmişəm" - Prezidentlərin səmimi dialoqu
31 Avqust 2026 19:17
İlham Əliyevlə xanımı açılışa belə gəldilər - VİDEO
31 Avqust 2026 19:07
Prezident onlarla ayaqüstü söhbət etdi - FOTOLAR
31 Avqust 2026 19:04
"Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır"
31 Avqust 2026 19:01
Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıyıq - Pezeşkian
31 Avqust 2026 18:54
Əliyevlə Pezeşkianın görüşü oldu - YENİLƏNİB
31 Avqust 2026 18:40
Bayramovla Mirzoyan arasında qısa söhbət olub - VİDEO
31 Avqust 2026 18:34


Bakı -°C

