Messi Argentina millisində karyerasını başa vurdu
Argentina millisinin və dünya futbolunun ulduzu Lionel Messi milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.
Adalet.az xəbər verir ki, Messi bu qərarı uzun müddət düşündükdən sonra qəbul edib və bunun onun üçün ağrılı olduğunu vurğulayıb:
"Finaldan sonra baş verənlər və uzun düşüncələrdən sonra hər kəsə bildirmək istəyirəm ki, milli komandadakı karyeramı başa vururam. Bu, ağrılı və hələ də ağrısını hiss etdiyim qərardır. Amma başa düşürəm ki, indi bunun üçün ən doğru zamandır.
Mən həmişə bu forma üçün əlimdən gələn hər şeyi etmişəm. Yalnız son illərdə, hər şeyi qazandığımız dövrdə deyil, əvvəldən sona qədər mübarizə aparmışam. Məqsədim futbol vasitəsilə sizə sevinc yaşatmaq və argentinalı olmağınızla fəxr etməyinizə səbəb olmaq idi.
Artıq çox az vaxt qalıb və bəzi səhifələr bağlanır. Bu səhifənin bağlanması mənə çox ağrılıdır. Mən milli komandada oynamağı sevmişəm, sevirəm və həmişə sevəcəyəm. Əlimdən gələn hər şeyi etdim, artıq verə biləcəyim başqa bir şey yoxdur. Qarşımızda milli komandada olmağa layiq çox istedadlı gənc futbolçular var. Bu 20 il ərzində göstərdiyiniz sevgi üçün təşəkkür edirəm",-deyə ulduz futbolçu qeyd edib.
Messi bundan sonra Argentina millisinin oyunlarını tribunadan izləyəcəyini və komandaya kənardan dəstək verəcəyini bildirib. O, ailəsinə, məşqçilərinə, komanda yoldaşlarına və bu illər ərzində onunla çalışan bütün insanlara təşəkkür edib.
"Özümü sakit və qürurlu hiss edirəm. Sizə və komanda yoldaşlarıma nağıla bənzər anlar yaşatdığım üçün xoşbəxtəm. Bütün bunları sizinlə birlikdə yaşamaq inanılmaz idi. Mən sizi sevirəm. Məni argentinalı yaratdığı üçün yaradana təşəkkür edirəm. İrəli, Argentina!" – Messi vurğulayıb.
Futbolçu sözlərini 21 iyulda, finaldan iki gün sonra yazdığını da bildirib. Onun sözlərinə görə, atasının başına gələnlərdən sonra bu qərarında daha da əmin olub.
Messi Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi, 2022-ci ildə Finalissima çempionu, 2008-ci ildə isə Olimpiya çempionu olub.
Digər Xəbərlər
23 Oktyabr 2026 10:02
“Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
22 Oktyabr 2026 17:53
UEFA Türkiyə klubunu cəzalandırdı
22 Oktyabr 2026 13:45
"Sabah" - "Qarabağ" oyununun hakimləri bəlli olub
22 Oktyabr 2026 12:17
“Qolunu oğurladığım üçün üzr istəyirəm” - Ardadan Mbappeyə
22 Oktyabr 2026 11:59
Mbappe mükafatını komanda yoldaşına vermək istədi - VİDEO
22 Oktyabr 2026 10:25
“Trabzonspor” “Harts”a, “Ayaks” “Atalanta”ya qarşı
21 Oktyabr 2026 22:55
“Qalatasaray” Fransada tarix yazdı - 27 ildən sonra ilk
21 Oktyabr 2026 18:13


Bakı -°C

