adalet.az header logo
  • Bakı -°C
28 Iyun 2026 08:00
59
İDMAN
A- A+

Messinin qol vurduğu matçda Argentina İordaniyanı məğlub edib - YENİLƏNİB

Futbol üzrə dünya çempionatının Argentina İordaniyaya qalib gəlib.

Adalet.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Argentinanın heyətində Covani Lo Çelso (18), Lautaro Martines (31) və Lionel Messi (80) fərqləniblər. İordaniyanın yeganə qolu isə Musa al-Tamarinin (55) aktivinə yazılıb.

Bu nəticənin ardından Argentina qrupunu 9 xalla lider kimi başa vurub. Xalı olmayan İordaniya isə mundialla vidalaşıb. Cənubi Amerika təmsilçisinin 1/16 final mərhələsindəki rəqibi Kabo-Verde olacaq.

Qeyd edək ki, bu matçla eyni vaxtda keçirilən Əlcəzair - Avstriya oyunu ilə birlikdə DÇ-2026-nın qrup mərhələsinə yekun vurulub.

 

07:45

Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda dördüncü qol vurulub.

Adalet.azı-ın məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 3:1.

80-ci dəqiqədə Lionel Messi cərimə zərbəsini dəqiq yerinə yetirib.

 

07:21

Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda üçüncü qol vurulub.

Adalet.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında İordaniya buraxılan qollardan birinin əvəzini çıxıb - 1:2.

55-ci dəqiqədə Musa al-Tamari fərqlənib.

07:08

Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda ikinci yarı start götürüb.

Adalet.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabda öndədir - 2:0.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

06:52

Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda ilk yarı yekunlaşıb.

Adalet.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabda öndədir - 2:0.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

06:33

Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda ikinci qol vurulub.

Adalet.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 2:0.

31-ci dəqiqədə Lautaro Martines penalti zərbəsini dəqiq yerinə yetirib.

 

06:21

Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda ilk qol vurulub.

Adalet.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabı açıb - 1:0.

19-cu dəqiqədə Covani Lo Çelso cərimə zərbəsini dəqiq yerinə yetirib.

 

06:01

Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyunu başlayıb.

Adalet.az-ın məlumatına görə, J qrupunun III turunun matçı Dallas stadionunda keçirilir.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.