Messinin karyerasını davam etdirəcəyi klub məlum olub
Argentina millisinin heyətində futbol üzrə dünya çempionu olmuş Lionel Messi karyerasını Amerikanın “İnter Mayami” klubunda davam etdirəcək.
Adalet.az xəbər verir ki, bu barədə “TNT Sports” telekanalının jurnalisti Ernan Kastilyo sosial şəbəkədə yazıb.
"Messi "İnter Mayami"ni seçdi. Artıq heç bir görüş yoxdur”, - o yazıb.
Daha əvvəl “Sport.es” saytı Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun Messinin transferini iyunun 6-da açıqlamaq niyyətində olduğunu bildirib. Məlumata görə, Səudiyyə Ərəbistanından olan komanda artıq 2022-ci ilin dekabrında Argentina millisinin heyətində dünya çempionu adını qazanan Messi ilə müqavilə imzalamağa razılaşıb. Lakin transfer barədə məlumat verilməyib.
Messi mayın 3-də Fransa çempionatının XVIII turunda "Pari Sen-Jermen"in heyətində meydana çıxaraq "Klermon"a qarşı matçda son oyununu keçirib. Onun parislilərlə müqaviləsi bu il iyunun sonunda başa çatır. O, 2021-ci ildə PSJ-yə keçib. Bundan əvvəl, hücumçu karyerası boyunca "Barselona"da oynayıb.
Digər Xəbərlər
09 Sentyabr 2026 21:00
“Sabah”ın Çempionlar Liqasında şansları açıqlandı
09 Sentyabr 2026 20:45
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
09 Sentyabr 2026 19:01
Zubir “Qarabağ”a qayıdır? – RƏSMİ
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
09 Sentyabr 2026 09:51
Arda Gülerə möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi
09 Sentyabr 2026 09:31
Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq
09 Sentyabr 2026 06:53
“Real” “İnter”i, “Mançester Siti” “Portu”nu məğlub etdi
08 Sentyabr 2026 14:59


Bakı -°C

