Messidən daha bir rekord
"Barselona”nın futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.
Qol.az-ın məlumatına görə, argentinalı hücumçunun rekordu İspaniya La Liqasının 35-ci turunda "Deportivo” ilə oyunda qeydə alınıb.
Çempionluğu rəsmiləşdirdikləri oyunda "Barsa”nın lideri het-trik etməklə bu mövsüm La Liqada vurduğu qolların sayını 32-ə çatdırıb. O, artıq 7-ci mövsümdür 30 qol həddinə çatır. İndiyədək La Liqada bunu bacaran olmayıb.
Qeyd edək ki, Messi 2009/10 (34), 2010/11 (31), 2011/12 (50), 2012/13 (46), 2014/15 (43) və 2016/17 (37) mövsümündə 30-dan çox qol vurub.
Digər Xəbərlər
06 May 2024 09:31
Azərbaycan çempionatı: "Səbail" "Qəbələ"yə qarşı
05 May 2024 09:57“Barselona” 32 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etdi
05 May 2024 09:33Luka Modriç “Real Madrid”in tarixinə düşdü
05 May 2024 00:19Real Madrid” 36-cı dəfə İspaniya çempionu oldu - YENİLƏNİB
04 May 2024 13:37