adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Iyul 2018 16:15
8135
İDMAN

Messi İtaliyada oynaya bilər

İtaliyanın "İnter” klubu argentinalıLionel Messini transfer edə bilər.

Adalet.az xəbər verir ki, Kriştianu Ronaldunun "Yuventus”a transferindən sonra Milan klubu İtaliyada rəqabətə davam gətirmək üçün argentinalı ulduzu heyətinə qatmaq istəyir.

Klubun 0.37 faiz səhmlərinə malik olan "Pirelli” şirkətinin baş direktoruTronketti Proverada Messinin transferini istədiklərini bildirib:

"Messi kimi futbolçuya necə yox deyəsən?! Ümid edirəm ki, "Saninq Qrup” ("İnter”in 68,55 faiz səhmlərinə malik Çin şirkəti) bu yüksək transferi həyata keçirə biləcək”.

Qeyd edək ki, Lionel Messinin İspaniyanın "Barselona” klubundan ayrılması üçün qarşı tərəf 700 milyon avrosundan keçməlidir.