Məşhur qardaşlar 56 yaşında: "Elektronikin macəraları" - 43 - FOTOLAR
"Elektronikin macəraları" uşaqlıq dövrümüzün ən maraqlı filimlərindən hesab olunurdu. Film o qədər peşəkarcasına çəkilmişdi ki, hər dəfə televiziyada göstəriləndə ilk dəfə baxdığımız kimi maraqla , nəfəs çəkmədən izləyirdik. Üstəlik də çox arzulayırdıq ki, Allah eləsin, həmin alim mənim eynim olan bir “Elektronik” də düzəltsin.
Adalet.az xəbər verir ki, 1979-cu ildə Odessa kinostudiyasının çəkdiyi "Elektronikin macəraları" filminə 1980-ci ildə ilk baxış olub.
Filmin süjetini xatırladaq: Bir Sovet alimi heyrətamiz bir robot yaratmağı bacarır. Mürəkkəb riyazi hesablamalar apara, məktəbdə inşa yaza və hətta mahnı oxuya bilən bir robot!. Sadəcə belə alınır ki, həmin robot adi bir məktəbli olan Sergey Sıroyejkin (Seryoja) bir nüsxəsi kimi yaradılır. Elektronik ilə Seryoja tanış olduqdan sonra Seryoja məktəb tapşırıqlarını yerinə yetirmək üçün narahat olmağa ehtiyac duymur, çünki bütün tapşırıqları yeni dostu Elektronik yerinə yetirir. Bu dostluqdan Elektronik də məmnundur. Çünki onun insanlar arasında artıq bir dostu var.
Ancaq Elektronik üçün problemlər başlayır. Bacarıqlı robotu bədxah insanlar oğurlamaq qərarına gəlir.Çünki bədxahların Elektroniki onlara kömək edə biləcəyi üçün oğurlayaraq öz mənfur planlarına alət etmək planları ortaya çıxır.
1979 –cu ildə çəkilən film sovetlər dönəmində istehsal olunan ən məşhur filmlərdən biri kimi tarixə düşdü. 3 hissəli musiqili film rejissor Konstantin Bromberqin ekran əsərinin musiqisi də həmin illərin ən gözəl bəstəkarı Yevqeni Krılatova məxsus idi.
1966-cı ildə doğulan aktyorlar Vladimir və Yuri Torsuevlər artıq 56 yaşındadırlar. 43 ildən sonra qardaşların yeni fotoları baxanları şok edir.


P.S. Əminəm, fotolara baxdıqdan sonra "zaman nə amansızdır" deyə beyninizdən bir cümlə keçəcək.
Əntiqə Rəşid
Digər Xəbərlər
26 Avqust 2026 12:10
Nərgiz gülünə bənzəyən aktrisa
25 Avqust 2026 14:35
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB
24 Avqust 2026 12:30
Məşhur aktyorun anım günüdür
24 Avqust 2026 10:13
Bakıda axşam konsertləri təşkil edilib
23 Avqust 2026 23:54
Xalq artisti Tofiq Bakıxanov vəfat etdi
23 Avqust 2026 23:05
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
21 Avqust 2026 17:32
Bakıda “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açıldı
18 Avqust 2026 16:53


Bakı -°C


